8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə boğulma halları artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 230 min insan boğularaq həyatını itirir. Türkiyədə isə bu rəqəm ildə 600 ilə 1000 nəfər arasında dəyişir. Ən çox risk altında olan yaş qrupu isə 1-24 yaş arası insanlardır.

5 İyul 2025 18:00
Türkiyədə boğulma halları artıb

BAKI, AzerVoice

Türkiyədə hər yay minlərlə insan boğulma səbəbilə həyatını itirir.

AzerVoice xəbər verir ki, yay mövsümünün başlaması ilə Türkiyədə suda boğulma hallarının sayı artmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 230 min insan boğularaq həyatını itirir. Türkiyədə isə bu rəqəm ildə 600 ilə 1000 nəfər arasında dəyişir. Ən çox risk altında olan yaş qrupu isə 1-24 yaş arası insanlardır.

Karadeniz Texniki Universitetinin (KTÜ) Farabi Xəstəxanasının mütəxəssisi Olcay Ayçiçek bildirib ki, boğulma halları əsasən yay və bayram günlərində qeydə alınır. Onun sözlərinə görə, boğulma – oksigen çatışmazlığı ilə nəticələnən və bəzən qalıcı beyin və ya sinir sistemi zədələrinə səbəb olan təhlükəli haldır.

Ayçiçek həm qısa, həm də uzunmüddətli nəticələrə diqqət çəkərək bildirib ki:

  1. Hipoksi (nəfəs çatışmazlığı) nəticəsində beyin cəmi 4-6 dəqiqə içində zədələnə bilər,
  2. Huşun itirilməsi və ya ürək dayanması boğulma hadisəsinin ani nəticələri arasındadır,
  3. Beyin və sinir zədələri, yaddaş və nitq pozğunluğu, hidrofobiya və travma sonrası stress isə uzunmüddətli fəsadlar kimi müşahidə olunur.

Boğulma zamanı ilk yardımın düzgün aparılmasının həyati əhəmiyyət daşıdığını vurğulayan Ayçiçek vətəndaşlara aşağıdakı təlimatları verir:

  1. Öz təhlükəsizliyinizi təmin etmədən suya girməyin,
  2. Boğulan şəxs sahilə çıxarıldıqdan sonra dərhal 112 çağırılmalıdır,
  3. Xəstə nəfəs almırsa və şüursuz vəziyyətdədirsə, təlim keçmiş şəxslər tərəfindən süni tənəffüs və ürək masajı tətbiq olunmalıdır,
  4. Başını yana çevirmək tövsiyə olunur, boğulanı zorla qusdurmağa çalışmaq olmaz.

Qeyd edək ki, Türkiyədə hər yay onlarla uşaq və gənc təhlükəsiz olmayan sahələrdə çimmək səbəbilə həyatını itirir. Mütəxəssislər yalnız nəzarətli və təhlükəsizlik tədbirləri görülmüş sahələrdə çimməyi tövsiyə edirlər.

Məqalədə: #Türkiyə #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #dənizdə boğulma səbəbləri #Türkiyədə boğulma halları #suda boğulma riski #travma sonrası stress #ilk yardım təlimatı

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
18:10
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.