5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Fələstin xalqının hüquqları tanınmalıdır- Türkiyə XİN

Türkiyənin Xarici İşlər Nazirliyi İsraildə hakim koalisiyanın nazirlərinin İordan çayının qərb sahilinin özünə birləşdirməsinə dair çağırışlarına kəskin şəkildə etiraz edib və bu bəyanatları beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib.

3 İyul 2025 12:16
Fələstin xalqının hüquqları tanınmalıdır- Türkiyə XİN

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin çağırışlarına sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İsraildə hakim koalisiyanın nazirlərinin İordan çayının qərb sahilinin özünə birləşdirməsinə dair çağırışlarına kəskin şəkildə etiraz edib və bu bəyanatları beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib.

"İsrailli nazirlərin və siyasətçilərin İordan çayının qərb sahilinin birləşdirilməsi ilə bağlı açıqlamalarını qətiyyətlə rədd edirik. Bu kimi məsuliyyətsiz bəyanatlar, beynəlxalq hüquqa zidd olan məskunlaşma siyasətinin və işğalı daimi etməyə yönəlmiş səylərin açıq göstəricisidir." - deyə Nazirliyin açıqlamasında bildirilir.

Qeyd edilib ki, bu tip çağırışlar bölgədə gərginliyi artırmaqla yanaşı, Fələstin xalqının fundamental hüquqlarının pozulmasına səbəb olur.
"Fələstin ərazilərinə sistematik müdaxilələr və zorakı köçürmə siyasəti bölgədə sabitliyi daha da pozur. Biz bir daha vurğulayırıq ki, Yaxın Şərqdə davamlı sülh və sabitlik yalnız Fələstin xalqının qanuni hüquqları tanındıqda və paytaxtı Qüds olan müstəqil dövlət qurulduqda mümkündür." - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, İsrailin hakim "Likud" partiyasının nazirləri Baş nazir Benyamin Netanyahunun diqqətinə məktubla müraciət edərək, parlament yay tətilinə çıxmazdan əvvəl İordan çayının qərb sahilinin özünə birləşdirməsini tələb ediblər. Ədliyyə naziri Yariv Levin isə məsələ ilə bağlı açıqlamasında bu dövrü "tarixi fürsət" adlandırıb və ilhaqın gerçəkləşdirilməli olduğunu bildirib.

Məqalədə: #Türkiyə #İsrail #Benyamin Netanyahu #Fələstin #Türkiyə Xarici İşlər Nazirliyi #QÜDS #İordan çayının qərb sahili

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.