8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hatayda meşə yanğını ikinci gündə nəzarətdən çıxır

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonundakı Çökek Yaylasının Kırmızıburun ərazisində baş verən meşə yanğını ikinci gündə də nəzarətə alınmayıb.

5 İyul 2025 11:24
Hatayda meşə yanğını ikinci gündə nəzarətdən çıxır

BAKI, AzerVoice

Hatayda ikinci gündür davam edən meşə yanğını genişlənir.

AzerVoice xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Dörtyol rayonundakı Çökek Yaylasının Kırmızıburun ərazisində baş verən meşə yanğını ikinci gündə də nəzarətə alınmayıb.

Gecə saatlarında küləyin təsiri ilə sürətlə yayılan alovlar Payas məhəlləsinə doğru irəliləyib, yaxınlıqdakı yaşayış məntəqələrinə təhlükə yaradıb.

Yanğının yayılması səbəbindən 9 yaylada yerləşən 920 ev boşaldılıb, 1870 sakin təxliyə olunub. Hazırda 404 texnika və 1100 nəfərlik heyət yer səviyyəsində, hava vasitələri isə gün işığı ilə yenidən havadan söndürmə işlərinə başlayıb. Küləyin sürətinin azalması ilə alovların yayılma tempinin zəiflədiyi bildirilir.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı və Daxili İşlər Naziri Ali Yerlikaya son günlərdə ölkənin müxtəlif bölgələrində ümumilikdə 65 meşə yanğını baş verdiyini və onların 10-nun böyük miqyaslı olduğunu açıqlayıblar. Nazir Yerlikaya bildirib ki, aparılan istintaqlarla bağlı 44 şübhəli saxlanılıb, 10 nəfər həbs edilib.

Qeyd edək ki, İzmir, Bursa, Əskişəhər, Kahramanmaraş və Çanaqqalada da meşə yanğınları baş verib, lakin həmin bölgələrdə vəziyyət nəzarət altına alınıb.

Məqalədə: #Türkiyə #yanğın #Hatay #meşə yanğınları #yanğın xəbərdarlığı #yanğınla bağlı təxliyə #Türkiyədə yanğın təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.