4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Axtarışda olan 10-dan çox cinayətkar Türkiyəyə ekstradisiya edilib

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkədə etdiyi paylaşımda beynəlxalq səviyyədə axtarılan 15 cinayətkarın ölkəyə ekstradisiya olunduğunu açıqlayıb.

7 İyul 2025 09:51
Axtarışda olan 10-dan çox cinayətkar Türkiyəyə ekstradisiya edilib

BAKI, AzerVoice

Qırmızı bülletenlə axtarılan 13 cinayətkar Türkiyəyə gətirilib.

AzerVoice xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkədə etdiyi paylaşımda beynəlxalq səviyyədə axtarılan 15 cinayətkarın ölkəyə ekstradisiya olunduğunu açıqlayıb.

Onlardan 13-nün İnterpolun qırmızı bülletenlə axtarış siyahısında olduğu bildirilib.

Nazir bildirib ki, həmin şəxslər Gürcüstan (10), Yunanıstan (2), İngiltərə, Almaniya və Şimali Makedoniya kimi ölkələrdə ələ keçirilib və Türkiyəyə təhvil verilib. Onların sırasında adam öldürmə, uşaq istismarı, silahlı soyğunçuluq və saxtakarlıq kimi ağır cinayətlərdə ittiham olunan şəxslər də var.

Nazir Yerlikaya əməliyyatın Ədliyyə Nazirliyinin koordinasiyası, eləcə də KOM, Kəşfiyyat, Narkotik, TEM və digər təhlükəsizlik qurumlarının əməkdaşlığı ilə həyata keçirildiyini bildirib.

“Bu kabinet dövründə 398 cinayətkarın ölkəmizə ekstradisiyası təmin olunub. Hansı ölkəyə qaçsalar da, heç biri Türkiyə polisindən gizlənə bilməz.” - deyə nazir açıqlayıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində “qəsdən adam öldürmə”, “uşaqlara qarşı cinsi istismar”, “mütəşəkkil cinayət təşkilatına üzvlük”, “silahlı soyğunçuluq”, “saxtakarlıq” kimi maddələrlə axtarışda olan şəxslər beynəlxalq hüquqi əməkdaşlıq vasitəsilə geri gətirilib. Türkiyə hökuməti belə əməliyyatların davam etdiriləcəyini bildirir.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Interpol #Interpol Türkiyə əməliyyatı #Türkiyə qırmızı bülleten axtarışı #Qırmızı bülletenlə axtarış

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.