8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

PKK-nın tərksilah mərasimində iştirak edəcək şəxslər açıqlanıb

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə irəliləyən “Terrordan Azad Türkiyə” prosesi çərçivəsində PKK terror təşkilatının silahı yerə qoyma mərasimi bu gün İraqın Süleymaniyyə şəhərinin Raperin rayonunda baş tutacaq.

11 İyul 2025 11:27
PKK-nın tərksilah mərasimində iştirak edəcək şəxslər açıqlanıb

BAKI, AzerVoice

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə irəliləyən “Terrordan Azad Türkiyə” prosesi çərçivəsində PKK terror təşkilatının silahı yerə qoyma mərasimi bu gün İraqın Süleymaniyyə şəhərinin Raperin rayonunda baş tutacaq.

AzerVoice xəbər verir ki, PKK lideri Abdullah Öcalanın fevralın 27-də etdiyi çağırışdan sonra başlanan prosesin ilk mərhələsində 33-44 nəfərlik bir qrup silahlarını təyin olunmuş mərkəzə təhvil verəcək.

Tədbir geniş təhlükəsizlik tədbirləri ilə həyata keçirilir və media nümayəndələrinin canlı yayıma çıxışı məhdudlaşdırılıb.

Mərasimdə iştirak edəcək əsas fiqurlar arasında bunlar yer alır:

PKK liderləri Bese Hozat və Mustafa Karasu,

Kürdüstan Demokratik Partiyasının (KDP) nümayəndəsi Hemin Hawrami,

Kürdüstan Regional Rəhbəri Neçirvan Bərzaninin nümayəndəsi Dilşad Şahab,

İraq və Kürdüstan Daxili İşlər Nazirliklərinin təmsilçiləri, o cümlədən briqada generalı Tarık Əhməd.

PUK, DEM partiyası, DBP və HDK-nın nümayəndə heyətləri.

Məlumata görə, bu prosesin monitorinqi və dəstəklənməsi məqsədilə Diyarbəkirdən 150 nəfərlik nümayəndə heyəti Süleymaniyyəyə yola düşüb. Onların arasında Demokratik Regionlar Partiyasının həmsədrləri Çiğdem Kılıçgün Uçar və Keskin Bayındır, DEM Partiyasının Qadın Məclisi sözçüsü Halide Türkoğlu, hüquq müdafiəçiləri, yazıçılar, jurnalistlər və müxtəlif vətəndaş cəmiyyətinin üzvləri yer alır.

Qeyd edək ki, bu mərasim “Terrordan Azad Türkiyə” planının ilk mərhələsini təşkil edir və prosesin növbəti aylarda genişlənməsi gözlənilir. Təşkilatın logistik bazalarının dağıdılması və düşərgələrin tərksilahla paralel boşaldılması planlaşdırılır.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #PKK #İraq #PKK terror təşkilatı #PKK terrorçuları #Abdullah Öcalan son açıqlaması #PKK-nın silahları yerə qoyması #Abdullah Öcalanın çağırışı #Süleymaniyyə

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Avto İcmal və Testlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib

7 Sentyabr 16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

7 Sentyabr 13:51

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.