8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda keçirilən korrupsiya əməliyyatında 17 nəfər məhkəmə qarşısına çıxarılıb

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan korrupsiya istintaqı çərçivəsində saxlanılan 17 şübhəli məhkəmə qarşısına çıxarılıb.

21 İyul 2025 10:54
İstanbulda keçirilən korrupsiya əməliyyatında 17 nəfər məhkəmə qarşısına çıxarılıb

BAKI, AzerVoice

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan korrupsiya istintaqı çərçivəsində saxlanılan 17 şübhəli məhkəmə qarşısına çıxarılıb.

AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun “rüşvət vermə”, “rüşvət alma” və “tenderi saxtalaşdırma” ittihamları ilə apardığı istintaq çərçivəsində saxlanılan 17 nəfər tibbi müayinədən sonra İstanbul Ədliyyəsinə sövq olunub.

Saxlanılanlar barəsində ilkin hüquqi prosedurlar başa çatdıqdan sonra məhkəmə prosesinə başlanılıb.

İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində həyata keçirilən həbslər, daha genişmiqyaslı araşdırmaların da əsasını qoyub. Prokurorluğun “cinayətkar təşkilata rəhbərlik etmək”, “təşkilata üzv olmaq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” kimi ittihamlarla daha 18 şübhəli barəsində də istintaqa başladığı bildirilir.

Qeyd edək ki, bu istintaq prosesi İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərliyinə qarşı aparılan korrupsiya araşdırmasının bir hissəsidir və məsələ ilə bağlı istintaq davam edir.

Məqalədə: #Türkiyə #korrupsiya #Korrupsiya işi #İstanbul Böyükşəhər Bələdiyyəsi #İstanbul Respublika Baş Prokurorluğu #korrupsiya iddiaları #Korrupsiya ittihamları #Maliyyə Cinayətləri

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.