13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan HƏMAS heyəti ilə Qəzzzadakı vəziyyəti müzakirə edib

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.

1 Avqust 2025 21:58
Hakan Fidan HƏMAS heyəti ilə Qəzzzadakı vəziyyəti müzakirə edib

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Qəzzadakı son vəziyyət və Qəzzaya humanitar yardımın çatdırılması müzakirə olunub. HƏMAS heyəti Qəzzaya göndərilən humanitar yardımın əhalinin ehtiyaclarını qarşılamadığını bildirib və İsrailin atəşkəs danışıqlarında qeyri-konstruktiv mövqe tutduğunu vurğulayıb.

Hakan Fidan bildiirb ki, İsrail Qəzza xalqına qarşı soyqırım siyasətini davam etdirir, bu da İsrail Baş naziri Netanyahu hökumətinin atəşkəslə bağlı ciddi bir niyyətinin olmadığını göstərir. O, İsrailin danışıqları uzatmaqla Qəzza xalqının müqavimətini qırmaq və onları vətənlərini tərk etməyə məcbur etmək istədiyini qeyd edib.

Nazir əlavə edib ki, İsrailin Qəzzalıları torpaqlarından çıxarmaq və İordan çayının qərb sahilini ilhaq etmək planları qəbuledilməzdir. O, Türkiyə olaraq, atəşkəs danışıqlarının davam etməsini dəstəklədiklərini vurğulayıb.

Fidan həmçinin bildirib ki, dünya ictimaiyyətində Fələstin xalqına dəstək günü-gündən artır və bu təzyiqlər nəticəsində daha çox ölkə Fələstin dövlətini tanımağa başlayıb, nəticədə İsrail beynəlxalq aləmdə getdikcə təcrid olunur.

Son olaraq, Fidan qeyd edib ki, Türkiyə Fələstin məsələsinə olan dəstəyini davam etdirəcək.

Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

Beynəlxalq ictimaiyyətin tənqidindən sonra İsrail hökuməti ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.

Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım paylanma məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1 330-a, yaralıların sayının isə 8 818-ə yüksəldiyini açıqlayıb.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #HƏMAS #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Humanitar yardım təşəbbüsləri #HƏMAS və Qəzzanın gələcəyi #Fələstin humanitar yardımı #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.