7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Si Cinpinlə regional məsələləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.

31 Avqust 2025 14:38
Ərdoğan Si Cinpinlə regional məsələləri müzakirə edib

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüşdə iki ölkə mövcud əməkdaşlıq və məsləhətləşmə mexanizmlərinin mütəmadi işlədilməsi barədə razılığa gəlib.

Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.

Ərdoğan, həmçinin, Türkiyənin “Vahid Çin” siyasətinə dəstəyini bir daha təsdiqləyib və Ankara ilə Pekin arasındakı münasibətlərin strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Görüşdə tərəflər Qəzzadakı son durum, Ukrayna-Rusiya müharibəsi, Suriyanın yenidən qurulması istiqamətində atıla biləcək addımlar, eləcə də regional və qlobal məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Sammitində iştirak etmək üçün Çinə səfər edib.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Çin #Si Cinpin #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Suriyanın yenidən qurulması

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.