8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə-Misir münasibətləri tarixi mərhələyə çatıb - Ərdoğan

Ərdoğan, Türk və Misir Hərbi Dəniz Qüvvələrinin 13 ildən sonra birgə keçirdiyi “Dostluq Dənizi Təlimi”nin əhəmiyyətini vurğulayaraq, bu addımın Türkiyənin regional sülh və təhlükəsizlikdə oynadığı rolun bariz nümunəsi olduğunu qeyd edib.

26 Sentyabr 2025 14:17
Türkiyə-Misir münasibətləri tarixi mərhələyə çatıb - Ərdoğan

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə Türkiyə-Misir münasibətlərində əldə olunan irəliləyişin tarixi səviyyəyə yüksəldiyini bildirib.

AzerVoice xəbər verir ki, Ərdoğan, Türk və Misir Hərbi Dəniz Qüvvələrinin 13 ildən sonra birgə keçirdiyi “Dostluq Dənizi Təlimi”nin əhəmiyyətini vurğulayaraq, bu addımın Türkiyənin regional sülh və təhlükəsizlikdə oynadığı rolun bariz nümunəsi olduğunu qeyd edib.

O, həmçinin Türkiyənin vasitəçiliyi ilə Liviyada əldə edilən sülhün bölgə üçün də ümid işığı olduğunu xatırladıb.

“Türkiyənin heç kimin ərazisinə və haqqına göz dikmək niyyəti yoxdur. Ancaq milli maraqlarımızı qorumaqda da qətiyyətliyik. Aralıq dənizindəki enerji resursları ilə bağlı mövqeyimiz aydındır. Payımıza düşəni alır və qazan-qazan prinsipi əsasında qonşularımızla əməkdaşlıq edirik. Türkiyənin bu qətiyyətli mövqeyi bölgədə balansların yenidən qurulmasına səbəb olub”- deyə Türkiyə lideri bildirib.

Ərdoğan çıxışında Kipr probleminə də diqqət çəkərək federasiya modelinin artıq gündəmdən çıxdığını vurğulayıb.

“Kipr türkü adada azlıq olmağı əsla qəbul etməyəcək. Yeganə realist həll yolu adada iki ayrı dövlətin varlığının tanınmasıdır. Biz bu mövqeyimizi BMT Baş Assambleyasında açıq şəkildə elan etdik. Bu mövqeyin dəyişəcəyini gözləmək doğru deyil”- deyə Ərdoğan qeyd edib.

Ərdoğan əlavə edib ki, qarşıdan gələn Şimali Kipr Türk Cümhuriyyəti seçkilərinin də bölgədə sabitlik və ədalətli həll prosesinə töhfə verəcəyinə inanır.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Şimali Kİpr Türk Respublikası #Misir #KKTC #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #iqtisadi və ticari əlaqələr #BMT Baş Assambleyası

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.