9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

MİT, İstanbulda MOSSAD üçün çalışan casusu yaxalayıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Cumhuriyyət Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail gizli xidməti MOSSAD üçün çalışdığı müəyyən edilən Serkan Çiçək saxlanılıb. Serkan Çiçəyin İsrailin Onlayn Əməliyyat Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqədə olduğu aşkar edilib.

3 Oktyabr 2025 09:55
MİT, İstanbulda MOSSAD üçün çalışan casusu yaxalayıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Cumhuriyyət Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail gizli xidməti MOSSAD üçün çalışdığı müəyyən edilən Serkan Çiçək saxlanılıb.

AzerVoice xəbər verir ki, Serkan Çiçəyin İsrailin Onlayn Əməliyyat Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqədə olduğu aşkar edilib.

Çiçək, Rəşidin İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan fələstinli bir aktivistə yönəlmiş casusluq tapşırığını qəbul edib.

MİT-in araşdırmalarına görə, əsl adı Muhammet Fatih Keleş olan Serkan Çiçək iş həyatında çoxlu borca girdikdən sonra adını dəyişdirib. Daha sonra isə ticarəti buraxaraq 2020-ci ildən “Pandora Detektivliyi” adlı qurum yaradıb və detektivlik fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Bu müddətdə İsrailə casusluq ittihamı ilə həbs olunan və dövlət qeydiyyatındakı şəxsi məlumatların maddi qazanc qarşılığında detektivlərə ötürülməsində rol oynayan Musa Kuş və vəkil Tuğrulhan Diple tanış olub. Çiçək həm hazırda həbsdə olan Musa Kuş, həm də Tuğrulhan Diple müxtəlif fəaliyyətlərdə əməkdaşlıq edib.

Detektivlik fəaliyyəti ilə məşğul olan Serkan Çiçək MOSSAD-ın diqqətini cəlb edib. MOSSAD üzvü Faysal Rəşid, özünü xaricdə fəaliyyət göstərən hüquq bürosunun əməkdaşı kimi təqdim edərək 31 iyul 2025-ci ildə WhatsApp vasitəsilə Çiçəklə əlaqə saxlayıb.

Rəşid ondan İstanbulun Başakşehir rayonunda yaşayan, İsrailin Yaxın Şərq siyasətlərinə müxalif fələstinli bir aktivistə qarşı dörd günlük izləmə aparmağı tələb edib. Bu tapşırıq müqabilində 1 avqust 2025-ci ildə Serkan Çiçəyə 4 min ABŞ dolları dəyərində kriptovalyuta ödənişi edib.

Çiçək internet üzərindən araşdırma apardıqda hədəfin həqiqətən də fələstinli bir aktivist olduğunu öyrənib. Onun dəstək aldığı Musa Kuşun İsrailə işlədiyi üçün 19 il həbs cəzası aldığını bilməsinə baxmayaraq, Faysal Rəşidin təklifini qəbul edib.

Məqalədə: #İsrail #Fələstin #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #MOSSAD #Mossad casus şəbəkələri #MOSSAD-ın Türkiyədə fəaliyyəti #Serkan Çiçək

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.