8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qəzzada sülh üçün bütün imkanlarımızı səfərbər etmişik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanbeylidə keçirilən toplu açılış və təməlqoyma mərasimində çıxış edərək Qəzzədə davam edən humanitar böhrana diqqət çəkib. Ərdoğan bildirib ki, iki ildən bəri bölgədə yaşanan “soyqırımın” dayandırılması üçün Türkiyə humanitar yardımdan diplomatik kanallara qədər bütün imkanlarını səfərbər edib

4 Oktyabr 2025 16:19
Qəzzada sülh üçün bütün imkanlarımızı səfərbər etmişik - Ərdoğan

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanbeylidə keçirilən toplu açılış və təməlqoyma mərasimində çıxış edərək Qəzzədə davam edən humanitar böhrana diqqət çəkib.

AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, iki ildən bəri bölgədə yaşanan “soyqırımın” dayandırılması üçün Türkiyə humanitar yardımdan diplomatik kanallara qədər bütün imkanlarını səfərbər edib.

Onun sözlərinə görə, məqsəd Qəzza əhalisini ən qısa zamanda sülh və təhlükəsizliyə qovuşdurmaqdır.

O, son günlər Nyu-York və Vaşinqtonda apardığı təmaslarda mövzunu beynəlxalq gündəmə daşıdıqlarını vurğulayıb.

Ərdoğan, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə sözügedən məsələni ətraflı müzakirə etdiyini bildirib.

“HƏMAS-ın Trampın sülh planına müsbət cavabı bölgədə qalıcı sülh üçün yeni bir fürsət pəncərəsi açdı” – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri İsrailin hücumlarını dərhal dayandırmasının vacibliyini bildirib və bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb.

“Tək bir günahsız insanın daha həyatını itirməməsi üçün nə lazımdırsa, Türkiyə olaraq bunu etməyə davam edəcəyik” – deyə o əlavə edib.

Ərdoğan həmçinin Əzm Donanmasının iştirakçılarının bir saat ərzində İstanbul Hava Limanına çatacağını açıqlayaraq, Fələstin xalqına həmrəylik mesajı göndərib və Türkiyənin hər zaman onların yanında olacağını vurğulayıb.

Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #ABŞ #Nyu-York #humanitar yardım #Qlobal Əzm Donanması #Əzm Flotiliyası

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.