5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyət daşıyan Bayraktar KIZILELMA pilotsuz uçuş aparatı 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək. Layihə çərçivəsində aparılan sınaqlara artıq döyüş sursatlarının atış testi də əlavə olunub. Mütəxəssislərin fikrincə, KIZILELMA-nın xidmətdə tətbiqi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 və F-4 tipli döyüş təyyarələrinin əməliyyat yükünü azaldacaq.

20 Oktyabr 2025 16:33
KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyət daşıyan Bayraktar KIZILELMA pilotsuz uçuş aparatı 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

AzerVoice xəbər verir ki, layihə çərçivəsində aparılan sınaqlara artıq döyüş sursatlarının atış testi də əlavə olunub.

Mütəxəssislərin fikrincə, KIZILELMA-nın xidmətdə tətbiqi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 və F-4 tipli döyüş təyyarələrinin əməliyyat yükünü azaldacaq.

Müdafiə sənayesi üzrə ekspert Yusif Akbaba bildirib ki, bəzi tapşırıqlarda sursatın daha yüksəkdən və sürətli şəkildə buraxılması tələb olunur.

“Belə hallarda indiyə qədər yalnız pilotlu təyyarələrdən istifadə edilirdi. Lakin KIZILELMA artıq bu funksiyaları da yerinə yetirə biləcək” – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, insansız sistemlərin tətbiqi həm əməliyyat çevikliyini artıracaq, həm də texniki xidmət və ehtiyat hissələrinin xərclərini azaldacaq.

Yusif Akbaba qeyd edib ki, Türkiyə hava-yer tipli sursatların çeşidinə görə dünyada ilk üç ölkə arasında yer alır. Lakin xarici istehsal təyyarələrə yerli sursatların uyğunlaşdırılması həm icazə prosedurlarına, həm də yüksək xərc və uzunmüddətli texniki proseslərə bağlıdır.

“KIZILELMA bu məhdudiyyəti aradan qaldıracaq. Təyyarə də, sursat da yerli istehsaldır. Buna görə də uyğunlaşdırma prosesi qısa zamanda və xeyli az büdcə ilə həyata keçiriləcək” – deyə ekspert bildirib.

Bu yenilik sayəsində Türkiyə geniş çeşiddə milli sursatları istədiyi kimi tətbiq edə biləcək və xarici əməliyyat məhdudiyyətlərindən tam azad olacaq.

Akbaba əlavə edib ki, KIZILELMA ilə ANKA-3 layihələri bir-birini tamamlayan sistemlərdir. Onların birgə istifadəsi müasir əməliyyat konsepsiyasını formalaşdıracaq.

KIZILELMA-nın milli sursatlarla tam uyğunluğu və daxili bölmədən atəş açma bacarığı Türkiyə müdafiə sənayesində yeni mərhələnin əsasını qoyur. Mütəxəssislər hesab edir ki, bu yenilik əməliyyat azadlığını artıracaq, xərcləri azaldacaq və Türkiyəni gələcəyin hava qüvvələri modelində aparıcı ölkələrdən birinə çevirəcək.

Məqalədə: #Türkiyə #Türkiyə Silahlı Qüvvələri #PUA #Türkiyə Hərbi Hava Qüvvələri #KIZILELMA #pilotsuz uçuş aparatları #Bayraktar #Pilotsuz uçuş aparatı (PUA) #Süni intellekt ilə təchiz olunmuş PUA #Türkiyə hərbi PUA inkişafı

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.