7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Əkrəm İmamoğlunun oğlunun şirkətində maliyyə uyğunsuzluğu aşkar edilib

Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğlunun Xorvatiyada təsis etdiyi Tectum Investment D.O.O. şirkətindəki maliyyə əməliyyatlarını araşdırıb və ciddi uyğunsuzluqlar aşkar edib. MASAK-ın 4 may 2025-ci il tarixli hesabatına görə, Səlim İmamoğlu 2023–2025-ci illər arasında şirkətə 7 ayrı transferlə ümumilikdə 388 min 63 avro göndərib.

22 Noyabr 2025 12:14
Əkrəm İmamoğlunun oğlunun şirkətində maliyyə uyğunsuzluğu aşkar edilib

BAKI,AzerVoice, Fərid Mikayılov

Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğlunun Xorvatiyada təsis etdiyi Tectum Investment D.O.O. şirkətindəki maliyyə əməliyyatlarını araşdırıb və ciddi uyğunsuzluqlar aşkar edib.

AzerVoice xəbər verir ki, MASAK-ın 4 may 2025-ci il tarixli hesabatına görə, Səlim İmamoğlu 2023–2025-ci illər arasında şirkətə 7 ayrı transferlə ümumilikdə 388 min 63 avro göndərib.

İlk transfer 30 mart 2023-cü ildə 109 min 955 avro, digər transferlər isə 3 avqust 2023, 14 avqust 2023, 20 oktyabr 2023, 22 noyabr 2023, 13 fevral 2024 və 30 may 2024 tarixlərində həyata keçirilib. Bank qeydlərinə əsasən, göndərilən vəsaitlərin Səlim İmamoğlu tərəfindən həyata keçirildiyi təsdiqlənib.

Lakin MASAK, şirkətin 11 iyul 2024-cü ildə Voditse bölgəsində 1 milyon avro dəyərində 9 min 087 m²-lik sahə alması və həmin ərazidə 35 milyon avroluq lüks mənzil layihəsinə başlaması ilə göndərilən məbləğ arasında ciddi uyğunsuzluq olduğunu göstərib.

MASAK hesabatında bildirilir ki, 388 min 63 avroluq transferlə şirkətin 1 milyon avroluq sahə alması və 35 milyon avroluq layihəyə başlaması arasında maliyyə uyğunsuzluğu mövcuddur. Bu səbəbdən şirkətin maliyyə əməliyyatları diqqətlə izlənir və layihəyə milyonların qeyri-rəsmi şəkildə daxil olduğu ehtimal olunur.

Məqalədə: #Türkiyə #Xorvatiya #Əkrəm İmamoğlu #MASAK #Əkrəm İmamoğlunun ailəsi #İstanbul Böyükşəhər Bələdiyyəsi #Səlim İmamoğlu #Maliyyə Cinayətlərini Araşdırma İdarəsi

Mövzu üzrə digər xəbərlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.