5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirlib

Türkiyədə 6 şəhərdə dələduzluq və sələmçilik fəaliyyəti ilə məşğul olan 9 ayrı mütəşəkkil cinayət dəstəsinə qarşı son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar nəticəsində son iki ildə bank hesablarında 2 milyard 408 milyon lirəlik əməliyyat həcmi müəyyən edilən 61 şübhəli saxlanılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə bu cinayət qruplarının törədə biləcəyi sələmçilik, dələduzluq və oğurluq kimi əməllərdən vətəndaşların zərər görməsinin qarşısı alınıb.

20 Dekabr 2025 09:51
Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirlib

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyədə 6 şəhərdə dələduzluq və sələmçilik fəaliyyəti ilə məşğul olan 9 ayrı mütəşəkkil cinayət dəstəsinə qarşı son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazir Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.

Əməliyyatlar nəticəsində son iki ildə bank hesablarında 2 milyard 408 milyon lirəlik əməliyyat həcmi müəyyən edilən 61 şübhəli saxlanılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə bu cinayət qruplarının törədə biləcəyi sələmçilik, dələduzluq və oğurluq kimi əməllərdən vətəndaşların zərər görməsinin qarşısı alınıb.

Saxlanılan şəxslərdən, 46 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 15 nəfər haqqında isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Kibercinayətlərlə Mübarizə İdarələrinin koordinasiyası əsasında, İl Jandarma Komandanlıqları tərəfindən həyata keçirilib.

Araşdırmalar zamanı şübhəlilərin müxtəlif bölgələrdə aşağıdakı cinayət əməllərini törətdikləri müəyyən olunub:

  • Qaziantepdə saxta “investisiya məsləhətçiliyi” elanları ilə vətəndaşlardan pul tələb edərək dələduzluq etdikləri,
  • Muğlada sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq saxta investisiya saytlarına yönləndirməklə 244 vətəndaşı aldatdıqları,
  • Balıkesirdə mütəşəkkil şəkildə narkotik ticarəti ilə məşğul olduqları və sələmçilik fəaliyyəti apardıqları,
  • Diyarbəkirdə təzyiq, zorakılıq, hədə-qorxu və təhdid yolu ilə torpaq sahələrinin sənədlərini ələ keçirməyə cəhd göstərdikləri,
  • Zonguldakda sosial media üzərindən saxta “imtahansız sürücülük vəsiqəsi” elanları ilə dələduzluq etdikləri,
  • Sivasda isə sələmçilik fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib.

Faktlarla bağlı prokurorluqlar tərəfindən cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Kiberdələduzluq #mütəşəkkil cinayətkar #Mütəşəkkil cinayət qrupu #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #Türkiyədə mütəşəkkil cinayət dəstələri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.