BAKI, AzerVoice, Nailə Babazadə
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.
Görüşdə tərəflər regionda sülhün bərpası üçün birgə səylərin artırılmasının zəruriliyini vurğulayıblar. Eyni zamanda regional böhranların həllində qonşu ölkələrin koordinasiyalı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
