4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Regional müharibə bütün Yaxın Şərqi bürümədən dayandırılmalıdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb. Regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.

11 Mart 2026 15:12
Regional müharibə bütün Yaxın Şərqi bürümədən dayandırılmalıdır - Ərdoğan

BAKI, VOA, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb.

VOA xəbər verir ki, regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan müharibə artıq kütləvi ölüm, məcburi köçkünlük və genişmiqyaslı dağıntılara səbəb olmaqla yanaşı, neft bazarlarında qeyri-sabitlik yaradaraq qiymətlərin kəskin artmasına gətirib çıxarıb. Prezident Ərdoğan xəbərdarlıq edib ki, bu "mənasız, qanunsuz və nizamsız" müharibə davam edərsə, can və mal itkiləri daha da artacaq, qlobal iqtisadiyyat üçün maliyyə yükü dözülməz həddə çatacaq. Türkiyə lideri rəsmi Ankaranın diplomatik həll yolu tapmaq üçün səylərini davam etdirdiyini və gərginliyin azaldılması üçün bütün kanallardan istifadə etdiyini vurğulayıb.

Müharibənin başlanğıcından bəri Tehran Yaxın Şərq boyunca müxtəlif hədəflərə cavab zərbələri endirsə də, Türkiyənin bu prosesdən birbaşa zərər görmədiyi bildirilir. Beş gün ərzində Türkiyə hava məkanında NATO-nun müdafiə sistemləri tərəfindən iki ballistik raketin zərərsizləşdirilməsi istisna olmaqla, ölkə ərazisinə hər hansı ciddi hücum qeydə alınmayıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar da çərşənbə günü verdiyi açıqlamada tədarük məhdudiyyətləri ilə bağlı qlobal narahatlıqlara baxmayaraq, Türkiyənin təbii qaz və ya yanacaq təchizatı ilə bağlı heç bir problemi olmadığını və yaxın gələcəkdə belə bir sıxıntının proqnozlaşdırılmadığını təsdiqləyib.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Abbas Əraqçi #Regional təhlükəsizlik #Regional və beynəlxalq məsələlər #Regional əlaqələr #Regional maliyyə təsiri #Regional və qlobal məsələlər

Mövzu üzrə digər xəbərlər

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:01
İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ
Digər Dövlətlər

İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

3 Sentyabr 18:50
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.