6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə məktəblərdə təhükəsizlik tədbirləri artırılacaq

Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.

22 Aprel 2026 14:58
Türkiyədə məktəblərdə təhükəsizlik tədbirləri artırılacaq

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək.

VOA xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.

Nazir qeyd edib ki, bu tədbirlərin detalları yaxın günlərdə – cümə və ya bazar ertəsi ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, qərarlar son dövrdə məktəblərə qarşı baş verən hücumlar fonunda hazırlanır.

Yusuf Tekin çıxışında İstanbul və Kahramanmaraşda baş verən hadisələr zamanı həyatını itirənlərə başsağlığı verərək, yaralananlara şəfa diləyib. O bildirib ki, dövlət qurumları hadisələrin arxasında duran səbəbləri müəyyən etmək üçün geniş araşdırma aparır.

Nazir vurğulayıb ki, daxili işlər və ədliyyə qurumları ilə birlikdə proses nəzarətdə saxlanılır və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər görülür.

Eyni zamanda qeyd olunub ki, valideynlərin narahatlığını aradan qaldırmaq məqsədilə məktəblərdə qısamüddətli təhlükəsizlik tədbirləri artıq tətbiq edilir. Təhsil müəssisələrində təhlükəsizlik qüvvələrinin fəaliyyəti gücləndirilib.

Nazir əlavə edib ki, valideynlər uşaqlarının təhlükəsiz şəkildə təhsil almasına əmin ola bilərlər və məktəblərdə tədris prosesi nəzarət altında davam edir.

Analitiklər hesab edir ki, bu qərarlar Türkiyədə təhsil sistemində təhlükəsizlik yanaşmasının yenilənməsinə və daha sistemli modelin formalaşmasına səbəb ola bilər.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Yusuf Tekin #Təhlükəsizlik tədbirləri #Məktəb təhlükəsizliyi #Türkiyə təhsil sistemi #təhsil siyasəti #valideyn narahatlığı #daxili təhlükəsizlik #Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri 2026 #Yusuf Tekin açıqlaması məktəblər #Ərdoğanın məktəblərlə bağlı göstərişi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.