7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk Kızılayı yardım göstərdiyi ölkələrin sayına görə dünyada birinci olub

Türk Kızılayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2025-ci il hesabatına əsasən, humanitar yardım çatdırdığı ölkələrin sayına görə dünyada birinci olub.

10 May 2026 17:22
Türk Kızılayı yardım göstərdiyi ölkələrin sayına görə dünyada birinci olub

BAKI, VOA

Türk Kızılayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2025-ci il Beynəlxalq İkitərəfli Yardım Hesabatına əsasən, humanitar yardım çatdırdığı ölkələrin sayına görə dünyada birinci olub. Təşkilat beynəlxalq ikitərəfli yardımın ümumi maliyyə həcminə görə isə ikinci yerdə qərarlaşıb.

VOA xəbər verir ki, Kızılay hesabat dövründə xüsusilə Qəzzaya göstərilən humanitar yardımlarda mühüm rol oynayıb. Təşkilat bölgəyə təxminən 33 milyon dollar dəyərində yardım çatdıraraq, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı çərçivəsində Qəzzaya göndərilən beynəlxalq yardımın 48 faizini təmin edib.

Bundan əlavə, Kızılay Suriyada və digər böhran bölgələrində də fəaliyyətini davam etdirib. Təşkilatın ümumi beynəlxalq humanitar yardım həcmi təxminən 152 milyon dollara çatıb. Bunun 101 milyon dolları Suriyaya, 33 milyon dolları Qəzzaya, qalan hissəsi isə digər ölkələrdəki humanitar əməliyyatlara yönəldilib.

Kızılay prezidenti Fatma Meriç Yılmaz əldə olunan nəticələrin həm qürurverici, həm də böyük məsuliyyət olduğunu bildirib. O, göstərilən yardımların xalqın həmrəylik və xeyirxahlıq ruhunun nəticəsi olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #Qəzza #Suriya #humanitar yardım #Türk Kızılayı #Fatma Meriç

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.