6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədən Suriyaya uzanan əməliyyat: İŞİD üzvləri ələ keçirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD terror təşkilatına qarşı sərhəddən kənar əməliyyat həyata keçirib.İstintaq məlumatlarına əsasən, saxlanılan şəxslərin Türkiyədən Suriyaya keçərək terror təşkilatına qoşulduqları və müxtəlif fəaliyyətlərdə iştirak etdikləri müəyyən olunub. Həmçinin onların Türkiyədə baş vermiş bir sıra terror hadisələri ilə əlaqələrinin olduğu bildirilib.

23 May 2026 11:38
Türkiyədən Suriyaya uzanan əməliyyat: İŞİD üzvləri ələ keçirildi

BAKI,VOA

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD terror təşkilatına qarşı sərhəddən kənar əməliyyat həyata keçirib.

VOA xəbər verir ki, MİT-in Suriya kəşfiyyat xidməti ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyat nəticəsində qırmızı bülletenlə axtarılan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.

İstintaq məlumatlarına əsasən, saxlanılan şəxslərin Türkiyədən Suriyaya keçərək terror təşkilatına qoşulduqları və müxtəlif fəaliyyətlərdə iştirak etdikləri müəyyən olunub. Həmçinin onların Türkiyədə baş vermiş bir sıra terror hadisələri ilə əlaqələrinin olduğu bildirilib.

Əməliyyat zamanı saxlanılan şəxslərdən birinin 2015-ci ildə 109 nəfərin həyatını itirdiyi Ankara vağzalı terror aktının icraçıları ilə əlaqəsinin olduğu qeyd olunub.

Bildirilib ki, kəşfiyyat məlumatlarının əldə olunmasından sonra MİT və Suriya tərəfi birgə fəaliyyətə başlayıb, şübhəlilərin hərəkətləri izlənilib və yerləşdikləri ərazilər müəyyənləşdirilib.

Əməliyyatdan sonra saxlanılan şəxslərdən 9-u məhkəmə qərarı ilə həbs olunub, bir nəfərlə bağlı araşdırmalar isə davam etdirilir. İstintaq çərçivəsində onların təşkilat daxilində fəaliyyətləri, aldıqları təlimlər və terror təşkilatının təbliğat fəaliyyətləri ilə bağlı məlumat verdikləri bildirilib.

Məqalədə: #Türkiyə #İŞİD #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Suriya #İŞİD terror təşkilatı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.