6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Suriya və İsrail sülhə hazırdılarmı?

İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.

30 İyun 2025 09:00
Suriya və İsrail sülhə hazırdılarmı?

BAKI, VOA Analitik Təhlil Mərkəzi

İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.

İsrailin ərəb dilli "I24 NEWS" saytı bu "məlumatlı suriyalı mənbə"yə istinadən bildirib ki, müzakirə edilən sülh sazişi, İsrailin 8 dekabr 2024-cü ildən sonra təhlükəsizlik zonası çərçivəsində irəlilədiyi bütün Suriya ərazilərindən, o cümlədən Şeyx dağının zirvəsindən mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.

Dəməşqdə hökumətə yaxın mənbələr bildiriblər ki, hazırda İsraillə regional və beynəlxalq himayə altında dolayı danışıqlar aktiv şəkildə davam edir və bu məsələ prezident tərəfindən də elan edilib.

Suriya prezidenti Əhməd əş-Şəraa keçən çərşənbə günü Quneytra və Colan vilayətlərindən olan ağsaqqalları və nüfuzlu şəxsləri "Əl-Qasr əş-Şəəb" (xalq sarayı) iqamətgahında qəbul edib.

Sözügedən mənbələr həmçinin açıqlayıblar ki, Suriya İsrailin əraziyə müdaxilələrini və hücumlarını dayandırmasını, eləcə də 1974-cü il sazişinə qayıdılmasını tələb edir. İsrail isə təhlükəsizlik zonası yaratmaq istəyindədir və görünən odur ki, yeni bir təhlükəsizlik sazişinin imzalanması mümkündür. Bu da gələcəkdə hərtərəfli bir sülh sazişinə yol aça bilər.

Həmin mənbələr daimi bir sülh sazişinə nail olunmasını istisna etsələr də, onun üçün zəmin hazırlayan bir sazişin əldə olunma ehtimalını mümkünsüz saymırlar. Onlar həmçinin bölgədə hadisələrin sürətlə inkişaf etdiyini, Dəməşqin isə sülh məsələsini ərəb çərçivəsində tutduğunu və Suriya suverenliyini qoruyacaq bir sazişə nail olmaq üçün ərəb roluna ümid etdiyini qeyd edirlər. Həmçinin, ABŞ və Qərb dövlətlərinin İsrailə təzyiq göstərməsini, bununla da Suriyada sabitliyə dəstək verməsini istəyirlər.

Bəs Suriya İsraillə daimi sülh üçün hazırdırmı?

Mənbələr bildiriblər ki, "gənc" bir dövlət kimi Suriya, hazırkı vəziyyətdə daimi sülh üçün hazır deyil. Onların gözləntisi ya 1974-cü il sazişinə qayıdılması, ya da onun dəyişdirilmiş təhlükəsizlik versiyasıdır. Cəmiyyətdə isə İsraillə sülhə qarşı çıxan qüvvələr hələ də mövcuddur, lakin bu narazılıqlar əvvəlki kimi açıq formada ifadə olunmur. Daxildə mürəkkəb və çətin problemlərin olması, həmçinin Suriya ərazisində hakimiyyət xaricində fəaliyyət göstərən radikal silahlı qrupların mövcudluğu bu narazılığı gücləndirir.

Suriyalı siyasi araşdırmaçı və "Yaxın Şərq Mühafizəkarlar Birliyi"nin katibi Vail əl-Əci isə bildirib ki, "İsraillə hərtərəfli sülh bu mərhələdə hələ tezdir və yeni Suriya hökumətinin qarşısında daha təcili prioritetlər var".

"Suriya bu gün heç bir xarici güclə hərbi qarşıdurmaya hazır deyil. Suriyalı xalq müharibələrdən və əvvəlki rejimlərin Fələstin məsələsi və ərəb-İsrail münaqişəsindən sui-istifadə etməsindən çox yorulub".-deyə o bildirib.

Onun fikrincə, hazırda Suriya dövlətinin əsas prioriteti xalqın həyat şəraitinin yaxşılaşdırılması, daxili barışın gücləndirilməsi, milli birliyin qorunması və məzhəbçiliklə, eləcə də terrorizmlə mübarizədir. İsraillə bağlı məsələdə isə beynəlxalq hüquq və BMT qətnamələri əsas istinad nöqtələridir. O qeyd edib ki, "beynəlxalq hüquqa və beynəlxalq mexanizmlərə müraciət etmək bütün səviyyələrdə daha təhlükəsiz və az xərc tələb edən yoldur".

Məqalədə: #Suriya #Yaxın Şərq #Colan Təpələri #Əhməd Şəraa #Yaxın Şərq münaqişəsi #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Silahlı qruplar və Suriya #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Regional təhlükəsizlik #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Yaxın Şərq problemləri #Suriya rejimi və Livan siyasəti #Yaxın Şərq siyasəti #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #İran-Suriya münasibətləri #Regional diplomatiya #Yaxın Şərqdə geosiyasi vəziyyət #Suriya hava məkanı #Yaxın Şərq gərginliyi #Yaxın Şərq sülhü #Yaxın Şərqdə qeyri-sabitlik #Suriya-Rusiya əlaqələri #Suriya və İsrail gərginliyi #İsrail və Suriya münasibətləri #İsrail və Colan təpələri #İsrail Suriyadan nə istəyir? #İsrail Suriyada niyə hücumlar həyata keçirir? #İsrail və yeni Suriya hökuməti arasında münaqişə yaranacaqmı? #İsrail Suriya müharibəsində hansı mövqeni tutur? #Suriya və İsrail arasında diplomatik əlaqələr mümkündürmü? #İsrail Suriyada hava hücumları #İsrail Suriyada hərbi əməliyyatlar #İsrail Suriya siyasəti #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Suriya İsrail gərginliyi #Yaxın Şərq diplomatik gərginliyi #Əhməd əş-Şəraa siyasəti #İsrail Suriya hücumu #Tramp Şəraa görüşü #Əhməd əş-Şəraa kimdir #Suriya İsrail danışıqları #Əhməd Şəraa və Netanyahu görüşü #Suriya İsrail normallaşması #Əhməd əş-Şəraa #Tramp və Əhməd əş Şəraa görüşü

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59

Son Xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.