5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

İsrail hökumətində dilemma: Netanyahu ölkəni uçuruma aparırmı?

Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?

21 Avqust 2025 22:00
İsrail hökumətində dilemma: Netanyahu ölkəni uçuruma aparırmı?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

Dünyada olduğu kimi, İsraildə də sual yaranır: Baş nazir Benyamin Netanyahu əslində nə istəyir?

Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?

İlk baxışda İsrail, Qahirə və Dohanın Vaşinqtonla birgə HƏMAS rəhbərliyini razılaşmanı qəbul etməyə inandırmaq üçün göstərdiyi səylərin kənarında qalıb. Amma həm misirlilər, həm qətərlilər, həm də amerikalılar, eləcə də bəzi israilli rəsmilər təsdiq edirlər ki, Netanyahu bu proseslərin içində olub. O, müxtəlif şərtlər irəli sürüb və onların bir qismi qəbul edilib, digərlərində isə kompromis əldə olunub.

Məsələn, azad ediləcək fələstinli məhbusların sayı mövzusunda İsrail əvvəlcə hər əsir qarşılığında 120 nəfərə razı olub, HƏMAS isə 200 nəfər tələb edib. Nəhayət, tərəflər 150 nəfər üzərində razılığa gəliblər. Eyni ilə, İsrail Qəzzadan çıxdıqdan sonra 2–3 kilometr enində təhlükəsizlik zolağı yaratmaq istəyib, HƏMAS isə yalnız 500 metrə razı olub. Sonda məsafə 1200, bəzi yerlərdə isə 1500 metr olaraq müəyyənləşdirilib.

Bütün bunlar tərəflərin danışıqlarında razılaşdırılsa da, İsrail ordusunun indi Qəzza zolağını tam işğal etməyə başlaması ciddi suallar doğurur.

Məsələ ondadır ki, Netanyahu tərəddüdlü liderdir və qəti qərar verməkdə çətinlik çəkir. “Haaretz” qəzetinin yazdığı kimi, o, zəif görünür, qərarsızlığı isə həm İsrailin beynəlxalq mövqeyini sarsıdır, həm də vətəndaşlarını qeyri-müəyyənlik içində qoyur.

Netanyahu ictimaiyyəti inandırmağa çalışır ki, HƏMAS-a təzyiq göstərməyin yeganə yolu Qəzzanın hərbi yolla işğalıdır. Bu mövqe həm ifrat sağçı müttəfiqlərinin istəklərinə cavab verir, həm də onların daha çox tələb irəli sürməsinə yol açır. İndi isə geri çəkilməkdə çətinlik çəkən Netanyahu siyasətini “HƏMAS qarşısında sərt mövqe” kimi göstərməyə çalışır.

Onun “İsrail siyasəti sabitdir və dəyişməyib” ifadəsi də təsadüfi deyil. Bu sözlərlə Netanyahu ifrat sağçı nazir Betsalel Smotriçə cavab verirdi. Çünki Smotriç Netanyahunun verdiyi vədlərə əməl etməyəcəyinə inanmadığını demişdi. Netanyahu isə onun gözündə müharibədən geri çəkilməyəcəyini göstərmək istəyirdi.

Lakin bu mövqe başqa risklər də doğurur. Netanyahu sağçı tərəfdaşlarına sərt görünmək üçün hərbi əməliyyatları davam etdirir, amma HƏMAS da müharibəni hərbi yolla nəticələndirmək və “qələbə görüntüsü” qazanmaq istəyir. Bir çox siyasi ekspertlərin fikrincə, bu yanaşma uğursuzdur və nəticədə Netanyahu özü “Qəzza bataqlığı”na sürüklənə bilər.

Məsələn, çərşənbə günü HƏMAS-ın hərbi qolu – “İzzəddin əl-Qəssam briqadaları” əməliyyat həyata keçirdilər və pusquda bir neçə israilli əsgəri yaraladılar. Bu cür hücumlar davam etdikcə, razılaşma imkanları da azalır.

Belə olan halda sual yaranır: Netanyahu bu siyasətdən nə qazanır, halbuki razılaşma artıq masanın üzərindədir?

O hesab edir ki, özünü İsraildə yeganə qərarverici şəxs kimi təqdim edir. Əvvəllər dövlət ordunun xidmətində idi, indi isə ordunun dövlətin iradəsinə tabe olduğunu göstərmək istəyir. Netanyahu isə generalların nüfuzunu zəiflədərək onları arxa plana çəkir. Bu siyasəti o, təxminən 20 ildir yürüdür.

Beləliklə, Netanyahu koalisiyasını möhkəmləndirməyə, hökumətini mövcud müddətin sonuna qədər qorumağa çalışır. Bununla da korrupsiya ittihamları üzrə məhkəmədə mövqeyini gücləndirir. Hətta yeni hərbi əməliyyatlarla seçkiləri təxirə salmaq imkanını da nəzərdə tutur.

“Haaretz” qəzeti qeyd edirdi ki “Netanyahu son iki ildə yeddi cəbhədə müharibə aparmaqla kifayətlənmədi. Sanki bütün dünyaya müharibə elan etmək niyyətindədir. Bununla da həm İsrail dövlətini, həm də bütün yəhudi xalqını uçuruma aparır.”

Belə şəraitdə əgər uğursuzluqlar artırsa, Netanyahu ABŞ prezidenti Donald Trampın müdaxiləsi ilə xilas olacağına ümid edir. Onun üçün kifayətdir ki, Tramp onu “milli qəhrəman” adlandırsın və sual etsin: “Belə bir adamı necə həbs edə bilərlər?”

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #Doha #Əl-Qəssam Briqadaları #Vaşinqton #hava hücumu #Təl-Əviv #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Səməd Əyyubov #Netanyahu siyasi böhran #Netanyahu və İsrail hökuməti #Benyamin Netanyahu HƏMAS siyasəti #Qəssam Briqadaları #Netanyahu yeni Yaxın Şərq planı #Netanyahu HƏMAS açıqlaması #Netanyahunun regional siyasəti #İsrail-HƏMAS danışıqları #Qəssam briqadaları rəhbərləri

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.