7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qətər vasitəçilikdən çəkilmir, amma İsrail onu hədəf alır

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.

12 Sentyabr 2025 18:00
Qətər vasitəçilikdən çəkilmir, amma İsrail onu hədəf alır

BAKI, AzerVoice, Analitik təhlil Mərkəzi

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.

Baş nazir vurğulayıb ki, hücum zamanı HƏMAS rəhbərlərinin ABŞ-ın vasitəçilik təklifini müzakirə etmək üçün toplandıqları vaxt seçilib:

“İsraili idarə edən ekstremistlər girovlarla maraqlanmır. Əks halda bu hücumun vaxtını necə izah etmək olar?” – deyə o bildirib.

Al Tani həmçinin, Qətərin insani və diplomatik missiyasından geri çəkilməyəcəyini, qan tökülməsinin qarşısını almaq üçün vasitəçilik rolunu davam etdirəcəyini vurğulayıb.

Beynəlxalq reaksiyalar

İsrailin hücumu nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib. Hadisə, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan atəşkəs və girov mübadiləsi danışıqlarını təhlükə altına salıb.

BMT-nin siyasi işlər üzrə rəhbəri Rozmari DiKarlo hadisəni “dünyanı sarsıdan” eskalasiya adlandıraraq, bunun müharibədə yeni və daha təhlükəli mərhələyə yol aça biləcəyini deyib.

Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız ABŞ İsraili müdafiə edib. Digər ölkələr isə hücuma görə İsraili ittiham edərək, sülh prosesinə sadiqliyini sual altına alıblar. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd qeyd edib:

“Aydın görünür ki, İsrail sülh imkanlarını tamamilə məhv etməyə qərarlıdır. Bu, girovların azad edilməsi məsələsini də ciddi şəkildə şübhə altına qoyur”.

İsrailin cavabı

İsrailin BMT-dəki səfiri Dani Dannon isə Qətəri HƏMAS-ı dəstəkləməkdə günahlandıraraq, sərt xəbərdarlıq edib:

“Ya Qətər HƏMAS-ı qınayır, ölkədən qovur və ədalətə təhvil verir, ya da bunu İsrail edəcək”.

Dannon əlavə edib ki, İsrailin mübarizəsi Qətərlə və ya Qəzza xalqı ilə deyil, HƏMAS-ladır və 7 oktyabr 2023-cü il hücumlarına görə məsul şəxsləri dünyanın hər yerində izləmək hüququna malikdir.

ABŞ mövqeyi

ABŞ-ın BMT-dəki müvəqqəti nümayəndəsi Doroti Şea isə Qətərin və digər ölkələrin bəyanatlarını tənqid edərək, “İsrailin girovları geri qaytarmaq öhdəliyini sual altına almaq yolverilməzdir” deyib.

Eyni zamanda ABŞ Dövlət Departamenti Qətər Baş nazirinin cümə günü Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə görüşlər keçirəcəyini təsdiqləyib. ABŞ mediası onun həmçinin Prezident Donald Tramp və vitse-prezident Cey Di Vans ilə də görüşəcəyini yazıb. Tramp İsrailin Qətərə zərbəsini tənqid edərək, “bu addım nə ABŞ-ın, nə də İsrailin maraqlarına xidmət etmir” deyib.

Gözlənilən diplomatik addımlar

Qətər Xarici İşlər Nazirliyi bəyan edib ki, gələn həftə Dohada ərəb-islam zirvəsi keçiriləcək. Zirvədə İsrailin hücumu və Qəzza müharibəsinin davamı əsas müzakirə mövzusu olacaq.

Məqalədə: #BMT #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #Doha #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #Donald Tramp və Qəzza planı #Trampın Avropa siyasəti #Donald Tramp 2025 siyasəti #Doha partlayış #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.