13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Misir - Türkiyə hərbi yaxınlaşması: ortaq koordinasiyanı gücləndirir, “qonşuluqda” narahatlıq yaradır

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

1 Oktyabr 2025 22:00
Misir - Türkiyə hərbi yaxınlaşması: ortaq koordinasiyanı gücləndirir, “qonşuluqda” narahatlıq yaradır

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb.

Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

İsraildə və regionda narahatlıq

Təlimlərlə eyni vaxtda İsrail mediasında, xüsusilə də “Maariv” qəzetində narahatlıq ifadə olunub. Qəzet yazıb ki, Misir və Türkiyə arasında hərbi əməkdaşlıq “regional münasibətlərdə və təhlükəsizlikdə mümkün dəyişikliklərə işarə edir” və bu, “Türkiyənin Suriyada Bəşşar Əsəd rejiminin zəifləməsindən sonra Yaxın Şərqdə mərkəzi oyunçu kimi mövqeyini möhkəmləndirməyə çalışmasının bir hissəsidir”.

Bu arada, İsrailin Kiprə üçün üçüncü “Barak MX” hava hücumundan müdafiə sistemini təhvil verdiyi barədə xəbərlər Türkiyədə müzakirələrə səbəb olub və gələcəkdə Ankaranın Nikosiya ilə toqquşma ehtimalı mövzusu gündəmə gəlib.

Müşahidəçilər hesab edirlər ki, Kipr və Yunanıstan da tarixi gərginliklər səbəbindən təlimlərdən narahatdır, lakin bu narahatlığın Misirin hər iki ölkə ilə münasibətlərinə mənfi təsir göstərəcəyi gözlənilmir. Əksinə, Qahirə gələcəkdə Ankara ilə dialoqda vasitəçi rolunu oynaya bilər.

Türkiyənin mövqeyi: “Məqsəd heç bir ölkəni hədəfləmək deyil”

Türkiyə Müdafiə Nazirliyi cümə axşamı açıqlama yayaraq bildirib ki, Misirlə Aralıq dənizində keçirilən fəaliyyətlər “heç bir üçüncü ölkəyə qarşı yönəlməyib” və Ankaranın məqsədi Aralıq dənizini sülh dənizinə çevirməkdir.

Misir ordusunun sözçüsü də təlimlərin başa çatması ilə bağlı bəyanatında vurğulayıb: “Təlim hərbi əməkdaşlığın möhkəmləndirilməsi və Misir Silahlı Qüvvələrinin qardaş və dost ölkələrin orduları ilə birgə fəaliyyət qabiliyyətinin artırılması məqsədi daşıyır.”

İsrail baş nazir Benyamin Netanyahunun dəfələrlə işlətdiyi “Böyük İsrail” anlayışı həm Qahirə, həm də Ankaranın maraqlarına zidd hesab olunur. Misir hökuməti bu ifadələrlə bağlı İsraildən rəsmi izahat tələb edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, “İsrail bölgə ölkələrinin hesabına genişlənərək ‘Böyük İsrail’i yaratmağa çalışır.”

Tarixən bu ifadə 1967-ci ilin “Altıgünlük müharibəsi”ndən sonra Şərqi Qüds, İordan çayının qərb sahili, Qəzza, Sinay və Colan yüksəkliklərini əhatə edən ərazilərə istinad etmək üçün istifadə olunmuşdu.

Məqalədə: #Türkiyə #Qəzza #Türkiyənin Milli Müdafiə nazirliyi #Qəzza zolağı #Hakan Fidan #Misir #Yunanıstan #İordan çayının qərb sahili #Kipr #Bəşşar Əsəd #Şərqi Qüds #Colan Təpələri #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail və Colan təpələri #Şərqi Qüdsdə gərginlik #İsrailin Colan siyasəti #Colan təpələri münaqişəsi #Türkiyə Misir müdafiə əməkdaşlığı #Misir Silahlı Qüvvələri üçün üstünlük #Türkiyə-Misir strateji əməkdaşlığı #Dostluq dənizi-2025 #Misir-Türkiyə birgə dəniz təlimləri #İsraildə və regionda narahatlıq #Maariv #Misir və Türkiyə arasında hərbi əməkdaşlıq #Barak MX #Misir Silahlı Qüvvələri #Böyük İsrail #Altıgünlük müharibə

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.