5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

İran mətbuatı Trampın Qəzza planını dolayı işğal adlandırdı

Plana görə, Trampın rəhbərliyi altında “Sülh Şurası” adlı beynəlxalq qurumun icrası nəzərdə tutulur. Lakin İran mediası bu plana sərt hücum edib; bölgədəki əksər ərəb və islam ölkələrinin dəstəkləməsinə baxmayaraq, yazarlara görə, plan “birbaşa işğalı dolayı işğalla əvəzləyir”.

3 Oktyabr 2025 19:53
İran mətbuatı Trampın Qəzza planını dolayı işğal adlandırdı

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İran mətbuatı ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs və bölgəni silahsızlaşdırılmış zonaya çevirməklə yanaşı, beynəlxalq və regional təminatlı keçid mexanizmi yaratmaq barədə irəli sürdüyü plana geniş yer ayırıb. Plana görə, Trampın rəhbərliyi altında “Sülh Şurası” adlı beynəlxalq qurumun icrası nəzərdə tutulur. Lakin İran mediası bu plana sərt hücum edib; bölgədəki əksər ərəb və islam ölkələrinin dəstəkləməsinə baxmayaraq, yazarlara görə, plan “birbaşa işğalı dolayı işğalla əvəzləyir”.

İran mediası keçmiş Böyük Britaniya baş naziri Toni Bleyeri də hədəfə alıb. Onu planın memarlarından biri və “Sülh Şurası”nın aparıcı siması kimi təqdim edərək, İraq müharibəsindəki cinayətkar roluna diqqət çəkiblər. Yazılarda Tramp planının “İsrailin müharibə yolu ilə bacarmadığını siyasi anlaşma ilə həyata keçirməsinə şərait yaratdığı” vurğulanır və bunun İsrailin “böyük strategiyasının birinci mərhələsi” olduğu qeyd olunur.

Tehran Bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti 30 sentyabr sayında “Qəzzə ilə bağlı Tramp planının çətinlikləri” başlıqlı məqalə dərc edib. Beynəlxalq məsələlər üzrə ekspert Məhəmməd Əli Sənubərinin qələmə aldığı yazıda planın əsasının “Qəzzənin silahsızlaşdırılması və heç bir fələstinli fraksiyanın idarəetmədə iştirakına imkan verilməməsi” olduğu bildirilir. Bu isə “dirənə bilən fraksiyaların tamamilə sıradan çıxarılması” kimi şərh olunur. Məqalədə deyilir: “İsrail savaş meydanında edə bilmədiyini, siyasi anlaşma ilə edə biləcək”.

Eyni mənbədə Toni Bleyerin “İraq müharibəsində günahkar” olaraq bu qurumda yer almasının “fələstin xalqının iradəsinə qarşı çıxmaq” olduğu qeyd olunur. Oslo təcrübəsinə işarə edilərək, plan “işğalı davam etdirən mexanizm” kimi təqdim olunur.

1 oktyabr tarixli “Risalə” qəzeti Hənif Qəfərinin “Trampın Qəzzə üzrə 21 maddəlik planı necə izah edilə bilər?” adlı məqaləsində yazır ki, plan “Netanyahunun müharibənin əvvəlində elan etdiyi hədəflərin nəzəri çərçivəyə salınmasıdır”. Məqalədə qeyd olunur ki, bu plan İsrailə sərbəst fəaliyyət azadlığı verir və fələstinli fraksiyalara qarşı “maksimum nəzarət strategiyasını” gücləndirir.

Qəzet əlavə edir ki, Netanyahunun müharibədə əldə edə bilmədiklərini Tramp planı təmin etməyə çalışır: “Bu plan İsrail cəlladına süni nəfəs aparatıdır.”

30 sentyabr tarixli “Keyhan” qəzeti isə “Qəzzəni ələ keçirmə planı və atəşkəs parolu” başlıqlı yazısında bildirib ki, “Tramp planının xülasəsi Qəzzəni ələ keçirmək, atəşkəs şüarı altında HƏMAS-ı məhv etməkdir”. Qəzet plana dair qeyri-müəyyən məqamların çoxluğunu vurğulayaraq sual edir: “Fələstinli texnokratlardan ibarət komitə necə formalaşdırılacaq? Onun Tramp və Toni Bleyrin olduğu Sülh Şurası ilə münasibəti necə olacaq? Burada Fələstin Muxtariyyatının rolu olacaqmı?”

“Xəbər Onlayn” portalına danışan israilyönümlü siyasət eksperti Hadi Bərahani deyib ki, Tramp bu planla “İsrailə qarşı yaranmış beynəlxalq əks-reaksiyanı neytrallaşdırmaq” istəyir. Onun sözlərinə görə, ərəb ölkələri məcburiyyətdən planı qəbul ediblər, amma bütün müddəalarına razı deyillər. Bərahani bildirib: “İsrailin Qəzzədən çıxışı yalnız HƏMAS-ın silahsızlanmasına bağlanır. Bu isə problemli məsələdir, çünki işğal davam etdiyi müddətdə HƏMAS silahından əl çəkməyəcək.”

Keçmiş İran səfiri Mustafa Muslihzadə isə 1 oktyabr tarixli “Cam-e Cem” qəzetindəki məqaləsində planı “strateji aldatma” adlandırıb. Onun fikrincə, İsrailin əsas məqsədi Qəzzə, İordan çayı sahili, İordaniya, Suriya, Livan və hətta İraq ərazilərinin müəyyən hissələrini də əhatə edən “böyük İsrail” layihəsini həyata keçirməkdir. O yazır ki, “Tramp planı ilk mərhələdə Qəzzə və İordan sahilini hədəfləyir, məqsəd isə bu torpaqları tədricən ilhaq etməkdir”.

İran mətbuatında ortaq fikir budur ki, Tramp planı “sülh planı” adı altında Qəzzənin işğalını möhkəmləndirməyi, fələstinli müqaviməti sıradan çıxarmağı və İsrailin strateji hədəflərini təmin etməyi hədəfləyir. Media yazılarında HƏMAS-a dolayı şəkildə “planı rədd etmək” çağırışları edilir və bunun Fələstin xalqının maraqları ilə ziddiyyət təşkil etdiyi vurğulanır.

Məqalədə: #Qəzza #Fələstin #HƏMAS #İordaniya #İsrail cinayətləri #Misirin Qəzza siyasəti #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Tramp və Putin görüşü Riyad #Tramp administrasiyası və Tayvan silah satışı #BMT-nin Qəzza hesabatı #Donald Tramp Qəzzə planı #Hizbullah və Qəzza həmrəyliyi #Böyük İsrail #İran mətbuatı #Keyhan

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.