6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ-İsrail müharibəsində Misir nədən narahatdır?

Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.

5 Aprel 2026 10:24
ABŞ-İsrail müharibəsində Misir nədən narahatdır?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.

Misir bu rolu özü seçməyib, bu missiya ona şərait tərəfindən diktə edilib. Qahirəni vasitəçilik səylərinə sövq edən amil regional liderlik ambisiyası deyil, müharibənin davam etmə xərclərinin onu dayandırmaq üçün çəkilən xərcləri üstələməsi barədə strateji hesablamadır. Məhz bu "seçim vasitəçiliyi" ilə "məcburiyyət vasitəçiliyi" arasındakı fərq Qahirənin imkanlarını müəyyən edir. Bu kontekstdə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin amerikalı həmkarı Donald Trampa İranla müharibəyə son qoymaq üçün etdiyi son çağırış yeni suallar doğurur: Sisinin Trampa maraciəti effektiv olacaqmı?

Qəzzadan İrana: Dəyişən Tramp faktoru

Sisi keçən il İsrailin Qəzzaya qarşı apardığı amansız müharibə zamanı da Trampa güvənmişdi. O zaman Tramp daxili auditoriya üçün "sülh yaradan" imicini möhkəmlətmək və diplomatik irs qoymaq istəyirdi. Sisi ona bu fürsəti verdi və atəşkəs əldə olundu. Lakin bu gün mənzərə daha mürəkkəbdir. Tramp artıq sülh deyil, İran müharibəsində qələbə imici axtarır. ABŞ mətbuatının yazdığına görə, o, İranın nüvə proqramını çökdürmək, proksilərini məhv etmək və bəlkə də ölkənin neftinə nəzarət etmək niyyətindədir. Bu məqsədlər sakit diplomatiya ilə deyil, qəti hərbi zəfər və ya qələbə kimi qələmə veriləcək bir sövdələşmə ilə mümkündür. Sisinin indiki mərcı isə Trampı elə bir diplomatik çıxış yoluna inandırmaqdır ki, bu, geri çəkilmə deyil, "parlaq qələbə" kimi təqdim olunsun.

Qızğın diplomatik səylər

Misir müharibəni dayandırmaq üçün ilk gündən bütün rıçaqlarını işə salıb. Xarici işlər naziri İran, ABŞ, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan həmkarları ilə daimi təmasdadır. Ən diqqətçəkən məqam isə Misir kəşfiyyatının ilk dəfə olaraq İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livan "Hizbullah"ı ilə açıq şəkildə əlaqə qurmasıdır. Bu təmasların məqsədi həm Trampın, həm iranlıların qəbul edə biləcəyi, həm də müharibədə tərəf olmayan Körfəz ölkələrinin maraqlarını qoruyan, "simanı xilas edəcək" bir düstur tapmaqdır.

İqtisadi və geosiyasi sarsıntılar

Misiri vasitəçiliyə məcbur edən səbəblər kifayət qədər ciddidir:

Enerji və İnflyasiya: Beynəlxalq bazardan baha qiymətə enerji alan hökumət yanacaq qiymətlərini 30% artırıb. Müharibə davam edərsə, yeni artımlar qaçılmazdır.

Enerji Qənaəti: "Heç vaxt yatmayan şəhər" kimi tanınan Qahirə indi saat 21:00-da işıqlarını söndürməyə məcburdur.

Maliyyə Böhranı: Millyardlarla dollarlıq pulun ölkədən çıxarılmsı Misir funtunu dəyərdən salır.

Lakin Qahirənin geosiyasi qorxuları daxili iqtisadi problemlərdən daha dərindir. Körfəz ölkələrinin zəifləməsi Misirin ən böyük strateji dəstəkçilərinin sıradan çıxması deməkdir. Digər tərəfdən, Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə hücum edərək Bab əl-Məndəb boğazını bağlaması beynəlxalq gəmiçilik xətlərini Süveyş kanalından uzaqlaşdıra bilər.

Bundan əlavə, İsrailin Cənubi Livanda, Qəzzada və İordan çayının qərb sahilində daimi mövcudluq cəhdləri "Böyük İsrail" vizyonunun bir hissəsi kimi Misirin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bəzi analitiklər hesab edir ki, İranın məğlubiyyəti belə müharibəni bitirməyəcək, əksinə, bölgədə yaranacaq güc boşluğu daha böyük qeyri-sabitlik və yeni münaqişə zonaları açacaqdır.

Məqalədə: #Türkiyə #Səudiyyə Ərəbistanı #ABŞ #Pakistan #Misir #Donald Tramp #Əbdülfəttah əs-Sisi #Hizbullah #Qahirə #SEPAH #Süveyş kanalı #SEPAH raket bölməsi #SEPAH casusları #Sepah və Suriya #SEPAH və Xamenei əlaqəsi #Böyük İsrail #Süveyş Kanalı tarixi #ABŞ-İsrail koalisiyası #VOA Azərbaycan #Qəzzadan İrana: Dəyişən Tramp faktoru #Enerji və İnflyasiya #Maliyyə Böhranı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.