12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ - Yaponiya ortaq hərbi təlimi Çin üçün hansı risklər yaradır?

ABŞ ordusunun Yaponiyada yerləşən Fuci hərbi düşərgəsində keçirdiyi son canlı atəş təlimləri cəmi bir neçə dəqiqə davam etsə də, Vaşinqtonun Sakit okean bölgəsində dəyişən hərbi strategiyasının mühüm nümayişi kimi qiymətləndirilir. Təlimlərin əsas məqsədi Çinin Tayvana qarşı mümkün hərbi əməliyyatlarına qarşı yeni çəkindirmə modelini nümayiş etdirmək olub.

24 May 2026 09:30
ABŞ - Yaponiya ortaq hərbi təlimi Çin üçün hansı risklər yaradır?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

ABŞ ordusunun Yaponiyada yerləşən Fuci hərbi düşərgəsində keçirdiyi son canlı atəş təlimləri cəmi bir neçə dəqiqə davam etsə də, Vaşinqtonun Sakit okean bölgəsində dəyişən hərbi strategiyasının mühüm nümayişi kimi qiymətləndirilir. Təlimlərin əsas məqsədi Çinin Tayvana qarşı mümkün hərbi əməliyyatlarına qarşı yeni çəkindirmə modelini nümayiş etdirmək olub.

Analitiklər bildirirlər ki, ABŞ son illərdə Çin ordusunun sürətli modernləşməsi fonunda Sakit okeandakı hərbi taktikasını ciddi şəkildə yenidən qurur. Vaşinqton artıq yalnız iri aviadaşıyıcı qruplarına əsaslanan ənənəvi hərbi modelə güvənmir və daha çevik, mobil və gizlənə bilən raket sistemlərinə üstünlük verir.

Ekspertlərin fikrincə, ABŞ-nin məqsədi Çinə qarşı hücum deyil, Tayvan ətrafında mümkün müharibənin qarşısını almaqdır.

Analitiklər qeyd edib ki, ABŞ-İsrailin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar zamanı 40-dan çox ABŞ pilotsuz və pilotlu hava vasitəsi məhv edilib və ya zədələnib. Ona görə, Çinlə mümkün qarşıdurma zamanı risklər daha böyük olacaq və buna görə Vaşinqton daha kiçik, mobil və sağqalma qabiliyyəti yüksək olan bölmələrə üstünlük verir.

ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi son hesabatda əsas məqsədin Hind-Sakit okean bölgəsində heç bir dövlətin ABŞ və onun müttəfiqləri üzərində üstünlük əldə etməsinin qarşısını almaq olduğu vurğulanıb. Sənəddə qeyd olunub ki, prioritet “qarşıdurma yox, güc vasitəsilə çəkindirmə” siyasətidir.

Son müharibələr və pilotsuz uçuş aparatlarının geniş yayılması hərəkət qabiliyyətinin əhəmiyyətini artırıb. Bu kontekstdə ABŞ ordusunun istifadə etdiyi “Himars” yüksək hərəkətli raket-artilleriya sistemi yeni strategiyanın əsas elementlərindən biri hesab olunur.

“Himars” sistemi yük maşını üzərində yerləşdirilən raket platformasından ibarətdir. Sistem pilotsuz aparatların və peyklərin müşahidəsindən yayınmaq üçün gizli mövqelərdə yerləşdirilir, daha sonra qısa müddətdə dəqiq koordinatlarla raket buraxılışı həyata keçirərək dərhal mövqeyini dəyişir. Orduda bu taktika “vur və geri çəkil” prinsipi kimi tanınır.

ABŞ dəniz piyadalarının serjantı Kevin Alvares bildirib ki, sistem bəzən cəmi iki dəqiqə ərzində atəş açmağa hazır vəziyyətə gətirilə bilir.

“Himars” təxminən 20 il əvvəl istifadəyə verilib və əvvəllər İraq və Əfqanıstanda tətbiq olunub. Lakin sistem xüsusilə Ukraynanın Rusiya ilə müharibəsində əldə etdiyi uğurlardan sonra qlobal diqqət mərkəzinə düşüb.

ABŞ dəniz piyadalarının üçüncü batalyon komandiri Rayan Enis bildirib ki, müasir döyüş meydanında sabit artilleriya sistemləri pilotsuz aparatlarla asanlıqla müəyyən edilir. Onun sözlərinə görə, “Himars” daha sürətli, çevik və gizlədilməsi daha asan olduğu üçün üstünlük qazanır.

Sistem 482 kilometrdən artıq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir. ABŞ daha sonra Ukraynaya uzaqmənzilli “Atakms” taktiki raket sistemlərinin verilməsinə də icazə verib.

Məlumata görə, İranla müharibənin ilk günlərində ABŞ qüvvələri ilk dəfə döyüş şəraitində uzaqmənzilli “dəqiq zərbə raketləri”ndən istifadə edib. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn bildirib ki, həmin raketlər İranın bir neçə gəmisini və bir sualtı qayığını limanda məhv edib.

“Lokhid Martin” şirkətinin istehsal etdiyi yeni nəsil dəqiq zərbə raketlərinin 500 kilometrdən artıq məsafəni vura bildiyi qeyd olunur.

Ekspertlər hesab edirlər ki, ABŞ ordusunun “Tayfun” adlı digər mobil raket sistemi ilə birlikdə “Himars” Tayvan boğazı və Filippinlə Tayvan arasındakı strateji Luzon boğazını nəzarətdə saxlamaq potensialına malikdir.

Bildirilib ki, Tayvan ətrafında mümkün müharibə başlamazdan əvvəl ABŞ böyük hərbi aktivlərini Çin raketlərinin çatdığı ərazilərdən çıxarmağa çalışacaq. Bölgədə əsasən sualtı qayıqlar və kiçik hərbi bölmələr saxlanılacaq.

Yaponiyada keçirilən son təlimlər zamanı “Himars” sistemlərinin sərt şəraitdə sağqalma qabiliyyəti də nümayiş etdirilib. Təhlükəsizlik məqsədilə təlimlərdə partlayıcı olmayan beton doldurulmuş raket maketlərindən istifadə olunub və əraziyə nəzarət yapon hərbçiləri tərəfindən təmin edilib.

ABŞ ordusu bildirir ki, uzaqmənzilli dəqiq silahların mövcudluğu Sakit okean bölgəsində çəkindirmə balansının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Vaşinqton eyni zamanda Yaponiya ilə birgə təlimləri genişləndirərək müttəfiqlərlə koordinasiyanı artırmağa çalışır.

Məqalədə: #ABŞ #Çin #Yaponiya #Tayvan #Çin ordusu #ABŞ hərbi strategiyası #Tayvan təhlükəsizliyi #Sakit okean təlimləri #Himars raket sistemi #Dəqiq zərbə raketləri #Mobil hərbi bölmələr

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.