8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Nə üçün Şərqşünaslar Məkkəyə gedirdilər?

25 Sentyabr 2024 14:41
Nə üçün Şərqşünaslar Məkkəyə gedirdilər?

Bakı, AzerVoice

Məkkəyə gələn şərqşünasların tərcümeyi-halı və həyatlarını oxuyanlar görərlər ki, onların demək olar ki böyük əksəriyyəti müsəlmanların Həcc ziyarətinə getdikləri Məkkə şəhərinin sosial və iqtisadi həyatını öyrənmək məqsədi daşıyan casuslardır.

AzerVoice ArabAZ -a istinadən xəbər verir ki, Şərqşünaslar öz məqsədlərinə çatmaq üçün bütün vasitə və üsullardan istifadə edirdlər. Onların ilk addımım İslamı qəbul etmək, ərəb dilini  və mədəniyyətini mənimsəmək və ərəb paltarı geyinmək idi. Bu dəyişiklik onları toplumun bir hissəsi edir bə öz məqsədlərini çatmağa kömək edirdi.Hətta bir çox ərəblər onların ərb olmadığını belə anlaya bilmirdilər.

1803-1807-ci illərdə fəaliyyət gösərərn Əli bəy Əl-Abbasi kimi tanınan Dominqo Fransisko Badianın tərcümeyi-halını oxuyanlar bunu fərq edəcəklər.

İslamı qəbul etdiyini elan edərək, müvəqqəti  müsəlman olan ilk İspan Məkkəyə girmədən öncə Misir, Mərakeş, Suriya, Livan və Fələstində yaşayan xalqların adət-ənənələrini öyrəndi.
O, ilk kitabını 1814-cü ildə “1803-1807-ci illərdə Afrika və Asiyada Əli Bəy Əl-Abbası səyahətləri” adlı ilə çap etdi. Üç cilddən ibarət olan və fransızca dərc edilən kitabda səyyahın özü tərəfindən hazırlanmış böyük bir xəritə və rəsm kolleksiyası var idi.

Bu kitabın ingiliscə tərcüməsi 1816-cı ildə “Əli bəyin 1803-1807-ci illər arasında Mərakeş, Tripoli, Kipr, Misir, Ərəbistan, Suriya və Türkiyədə səyahətləri” adı ilə iki hissədə nəşr olundu. 1816-cı ildə alman dilinə, sonra isə italyan dilinə çevrildi və kitab əvvəlki tərcümələrdə olduğu kimi Əli Bəy Əl-Abbasi adına deyil, 1836-cı ildə əsl müəllif Dominqo Fransisko Badia adı ilə ispan dilində çıxdı.

Başqa bir casus Yohan Uayld Dominqodan geri qalmaq niyyətində deyildi. Dominqo fərqli olaraq Yohan Macarıstan imperatorluğu ordusunda hərbi xidmətini yerinə yetirərkən türk ordusuna əsir düşən alman əsiri idi.
O 1604-cü iləd Əlcəzairin Konstantina çəhərinə kölə kimi aparılaraq orada qul kimi satıldı. Satın alınaraq başqa bir qul taciri tərəfindən Misirə aparıldı. Daha sonra 1607-ci ildə Məkkəyə Həcc səfərində onu özü ilə aparan fars tacirə yenidən satıldı.
Məkkəyə gəldikdən sonra o Həcc səfəri zamanı Müqəddəs Şəhər və onun ictimai-iqtisadi həyatı haqqında çoxlu müşahidələr aparmağa və çoxlu məlumat toplmaq fürsəti əldə etdi.

Sonralar “Şərqsunas Əsir” adı vrilən alman Yohan ,  Məkkə və ümumilikdə Həccə səfəri zamanı nələrin olduğunu  bütün cırdalıqları ilə Qərbə şatdıra bildi. Yohan xırda detalları belə nəzərdən qaçırmırdı. Bu  onun memuarlarında öz əksini tapmışdı
“ Həccə gələn zəvvarlar yollarda olduqca əziyyət çəkirlər. Həccə gələn zəvvarın bir çox quraq səhralarda ölür. Yanbudan (Səudiyyədə yer adı) ayrılan karvanlara üç gün sonra hücum oldu və 300 -ə yaxən zəvvar öldürüldü. Digərləri Məkkəyə şatmaq üçün marşrutu dəyişməli oldular””-deyə Yoah öz mümuarlarında yazırdı.

Yohanın yazdıqları onu  göstərir ki, o  ayrıca Məkkəyə gələn zəvvarlarla da görüşüb sphbər edirdi.

Yohan o  qədər mahir casus idi ki, seçilməmək üçün Kəbəni, Qara daşı, Məqami İbrahimdə namaz qılanları, Zəm-Zəm suyunu olduqca gözəl vəsf edirdi.

“Buranın ( Kəbə nəzərdə tutulur) qoxusu, həyatımda  qoxuladığım ən gözəl qoxudur. Bu qoxuya valehəm o məni sevindirir”-deyə Yohan yazırdı.

O, zəvvarların müqəddəs yerlərə hərəkətini, zilhiccə ayının 9-da Ərəfatda Rəhmə dağına qalxmasını, sonra gün batanda Müzdəlifəyə, oradan da Minaya yola düşməsini, daş atmalarını, qurbanlıq kəsmələrini və yerinə yetirmələrini olduqca dəqiq  təsvir edirdi.

O, həmçinin müqəddəs Məkkəni və oraya gəldiyi anı və Mədinəyə səfərini təsvir edərək yazırdı: “Onlar, yəni zəvvarlar həcc ayinlərini yerinə yetirdikdən sonra karvanla birlikdə Mədinəyə doğru yola düşdülər. Lakin yolun çətinliyi və təhlükəli olması Mədinyəyə iki  nəfərin bir yerdə getməsini  belı imkansz edir”

Yohan Mədinəyə gəlişi və Peyğəmbər məscidinə daxil olduğu anın dəqiq təsvirini yazır və deyirdi: “Biz Mədinəyə çatdıq və dəmir və mis hörgü ilə bəzədilmiş qapalı otağın qarşısında dayandıq – yəni Peyğəmbərin otağı. – heç kəsi içəri buraxmadılar və zəvvarlar dualarını qapıların qarşısında etməli oldular.

Bütün bunlarla Yohan gündəliklərində ticarət əməliyyatları, əhalinin sosial həyatı, nikah və sünnət adətləri ilə bağlı bəzi məlumatların yer almasını təmin etmiş, əhalinin geyindiyi paltarlara da toxunmuşdu.

Yohanın xatirələri 1613-cü ildə çap edilən, sonra isə 1623-cü ildə yenidən nəşr edilən “Xristian Məhbusun Səyahətinin Hesabatı” adlı kitabda var.

Bütün bunları nəzərə alsaq deyə biləri ki , Deməli, aydın olur ki, Məkkəyə gələn şərqşünaslar öz yazıları ilə Məkkə, onun sakinləri və ziyarətçiləri haqqında çoxlu məlumatları Qərbə çatdlıra biliblər.

Nə üçün Şərqşünaslar Məkkəyə gedirdilər?
Məqalədə: #Dominqo Fransisko Badia

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.