10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Səssiz Faciə: Misirdə Narkoman Uşaqların Artan Sayı Təhlükə Siqnalı Verir

Misirdə azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın yayılması ölkənin üzləşdiyi ən ciddi və eyni zamanda səssiz sosial problemlərdən birinə çevrilib

26 İyun 2025 09:29
Səssiz Faciə: Misirdə Narkoman Uşaqların Artan Sayı Təhlükə Siqnalı Verir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Misirdə azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın yayılması ölkənin üzləşdiyi ən ciddi və eyni zamanda səssiz sosial problemlərdən birinə çevrilib. Qahirədə narkomaniya üzrə tanınmış mütəxəssis Dr. Abdul Rahman Hammadın sözlərinə görə, paytaxtda yüzlərlə uşaq narkotikdən əziyyət çəkir və bir çoxu depressiya nəticəsində özünə qəsd etməyə cəhd göstərib. Onun müalicə etdiyi bir uşaq da bu faciəni yaşayanlardan biridir.

Dr. Hammad bildirir ki, bəzi valideynlər ictimai qınaq qorxusu səbəbilə uşaqlarının narkotik problemi ilə bağlı yardım axtarmağa belə çəkinirlər. Bu isə vəziyyəti daha da ağırlaşdırır.

Misirdə aparılan araşdırmalar göstərir ki, narkotikə aludəçilik məktəblərdə adətən siqaret və qəlyanla başlayır, sonra isə həşiş, spirtli içkilər və nəhayət, sintetik maddələrə keçid baş verir. Hal-hazırda məktəblərdə "Vudoo", "Astrox", "toz" və "Tramadol" kimi maddələrin istifadəsi geniş yayılıb.

Statistika təhlükəni göstərir

Misirin Narkomaniya və Sui-istifadə ilə Mübarizə Fondunun məlumatlarına görə, narkotik istifadəçilərinin 13 faizi 15 yaşdan aşağı, 38 faizi isə 15-20 yaş arası gənclərdir. Ən çox istifadə edilən maddələr arasında "Estrox", "Vodoo", "Powder" və "Şabu" yer alır.

Dr. Hammad bu maddələrin ucuz qiymətə əldə olunmasının və bəzi testlərdə aşkar edilməməsinin onları yeniyetmələr üçün daha əlçatan etdiyini vurğulayır. O əlavə edir ki, bu maddələr uşaqların beyninin inkişafına mənfi təsir edir və korteksin strukturunda dəyişikliklər yaradır. Nəticədə isə emosional pozuntular, ani ağlama və gülmə halları, depressiya və aqressiv davranışlar meydana çıxır.

Məxfi müalicə və maarifləndirmə tədbirləri

Fond narkotik asılılığından əziyyət çəkənlər üçün tam məxfi və pulsuz müalicə imkanları təqdim edir. Eyni zamanda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə işləri aparılır. Lakin məktəblərdə reabilitasiya proqramlarının olmaması səbəbilə uşaqlar çox vaxt bu təhlükə barədə lazımi məlumatlara sahib olmur.

Yoxsulluq və məlumatsızlıq əsas səbəblərdən biridir

Ekspertlər bildirir ki, yoxsulluq və maarifləndirmə çatışmazlığı gəncləri narkotik istifadə etməyə meylləndirir. 18 qubernatorluqda mindən çox kənddə, xüsusilə ən yoxsul bölgələrdə seminarlar və təbliğat tədbirləri keçirilir. 2021-ci ildən bu yana "Narkotiklərsiz kənd" kampaniyası çərçivəsində kənd sakinləri, uşaqlar və gənclər üçün maarifləndirmə işləri aparılır.

Narkokuryerlər hər yerdə: məktəb avtobuslarından tutmuş şəhər küçələrinə qədər

Misirin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə 150 məktəb avtobusu sürücüsünün narkotik daşıyıcısı (narkokuryer) kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Bu fakt, narkotik şəbəkələrinin məktəblərə qədər sızdığını göstərir və təhlükənin nə qədər ciddi olduğunu sübut edir.

Məqalədə: #Misir #Kaptagon narkotik ticarəti #Misirdə narkomaniya #Narkotik istifadə edən uşaqlar #Misirdə sintetik narkotiklər #Misir gəncləri və narkotik #Misirdə narkotiklə mübarizə #Misir məktəblərində narkotik #Narkoman uşaqların müalicəsi #Misirdə narkotik statistikası #Narkotiklərsiz kənd kampaniyası #Misirdə məktəb avtobusu və narkokuryer #Misirdə yeniyetmələr və narkotik problemi #Misirdə narkotik asılılığı ilə mübarizə #Uşaqlarda depressiya və narkomaniya

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.