8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Tel-Əvivdə Trampa alqışlar, Netanyahuya isə etiraz səsləri - ABŞ elçisinin çıxışı gərginlik yaratdı

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Tel-Əvivdəki “Girovların meydanında” keçirilən izdihamlı tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunmasındakı səylərini yüksək qiymətləndirib. Tədbirdə yüz minlərlə insan iştirak edib.

12 Oktyabr 2025 10:04
Tel-Əvivdə Trampa alqışlar, Netanyahuya isə etiraz səsləri - ABŞ elçisinin çıxışı gərginlik yaratdı

BAKI,AzerVoice Analitik Təhloil Mərkəzi

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Tel-Əvivdəki “Girovların meydanında” keçirilən izdihamlı tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunmasındakı səylərini yüksək qiymətləndirib. Tədbirdə yüz minlərlə insan iştirak edib.

Vitkof “Biz hamımız Prezident Trampa dərin minnətdarlıq edirik” dedikdən sonra izdiham uzun sürən alqışlarla və “Sağ ol, Tramp!” səsləri ilə onu qarşıladı. Tədbir, İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir gün sonra keçirilib.

Nümayəndəni səfərində İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner müşayiət edib. Vitkof çıxışında “israillilərin və girovların ailələrinin səbr və gücünü” tərifləyib və bildirib.

“Bu bölgənin gələcəyi nifrətin külü üzərində deyil, ümidin ortaq vədi üzərində qurulmalıdır.”-deyə Vitkof bildirib.

Netanyahu barədə sözlərdən sonra fit səsləri

Nitqinin əvvəlində alqışlanan Vitkof, İsrailin baş naziri Beniyamin Netanyahunun rolunu vurğuladıqda izdihamın bir hissəsi onu fitə basıb. O, “fikrimi tamamlayım” deyərək müdaxiləyə reaksiya verib və Netanyahu “ölkəsi üçün hər şeyi etdi” sözlərini əlavə edib.
Bu reaksiya təsadüfi deyil: Qəzzada israilli girovların ailələri Netanyahu hökumətini onların azad edilməsi istiqamətində kifayət qədər addım atmamaqda günahlandırır.

Kuşner və İvanka Trampın çıxışı

Cared Kuşner qısa çıxışında Vitkofun “sülh danışıqlarındakı uğurlu səylərini” alqışlayıb və “Belə bir insanla işləmək mənim üçün böyük şərəf idi,” – deyib.

İvanka Tramp isə əlavə edib ki, “Prezident Tramp sizə baxır, sizi eşidir və sizinlədir - həmişə, hər zaman.”

Trampın sülh planı və Misirdə gözlənilən sammit

İsrail və HƏMAS artıq Trampın sülh planının birinci mərhələsi üzrə razılaşıblar. Plan, Qəzzada qalan 48 girovun və yüzlərlə fələstinli məhbusun azad olunmasını nəzərdə tutur. İsrail ordusu artıq Qəzzanın bəzi hissələrindən geri çəkildiyini açıqlayıb.

Razılaşmanın imzalanması mərasimi Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq sammitdə baş tutacaq. Misir Xarici İşlər Nazirliyi bildirib ki, toplantıya Prezident Əbdülfəttah əs-Sisi və Donald Tramp birgə sədrlik edəcəklər. Telefon danışığı zamanı Misirin XİN rəhbəri Bədr Əbdülati və ABŞ-ın dövlət katibi Marko Rubio sammitin təfərrüatlarını müzakirə ediblər.

Tədbirə Fransa Prezidenti Emmanuel Makron və bir sıra Avropa və ərəb liderlərinin də qatılması gözlənilir. Misir prezidenti Almaniya kansleri Fridrix Mertsi də Qəzza razılaşmasının imzalanma mərasiminə dəvət edib.

Tramp isə İsrail səfərindən sonra Misirə gedərək mərasimdə iştirak etmək niyyətində olduğunu bildirib, lakin səfərinin dəqiq cədvəlini açıqlamayıb.

HƏMAS mərasimdə iştirak etməyəcək

HƏMAS hərəkatının rəsmiləri bildirib ki, onlar imzalanma mərasimində iştirak etməyəcəklər. Mərasimə yalnız vasitəçilər, ABŞ və İsrail rəsmiləri qatılacaq.

Artıq şənbə günü Vitkof və Kuşner İsrail ordusunun müşayiəti ilə Qəzzaya səfər ediblər. İsrail ordusu səfər zamanı çəkilmiş foto və videoları yayıb. ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi admiral Bred Kuper də səfərdə iştirak edib.

BMT-nin etibarlı hesab etdiyi məlumatlara görə, müharibə nəticəsində 67 mindən çox fələstinli həlak olub, Qəzza zolağının əksər hissəsi isə xarabalığa çevrilib.

Məqalədə: #Benyamin Netanyahu #Tel-Əviv #HƏMAS #Netanyahu #Binyamin Netanyahu #Müharibə cinayətləri #İsrail cinayətləri #Qəzzada humanitar böhran #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Netanyahu və İsrail hökuməti #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Netanyahu niyə Ronen Barı vəzifədən çıxardı? #Benyamin Netanyahu HƏMAS siyasəti #Qəzzada soyqırım iddiaları #Netanyahu və Suriya danışıqları #Netanyahunun ərəb şüuru planı #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq #Qəzzada atəşkəs

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.