14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

4 Noyabr 2025 09:22
Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub

BAKI,AzerVoice

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib.

AzerVoice xəbər verir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yaradılıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan bölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsində ölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var.

Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsinin yaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.

Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib.

Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 min oxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru, eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.

Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
Məqalədə: #Türkiyə #Azərbaycan #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Antalya #Antalya Böyükşəhər Bələdiyyəsi #Türkiyə Azərbaycan əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.