7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Yunanıstandan Türk limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

20 May 2024 14:00
Yunanıstandan Türk limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında Yunanıstandan Türk limanlarına 5 milyon 665 min 462 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan limanlara 631 min 165 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 820 min 321 ton yük çatdırıb.

Bu müddət ərzində Yunanıstan bayraqlı gəmilərlə Türkiyə limanlarına 213 min 976 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Yunanıstandan 1 milyon 622 min 660 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə #Özəl #Yunanıstan #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.