7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə kənd təsərrüfatı sektorunda ixrac rekordu əldə edib

15 İyul 2024 11:21
Türkiyə kənd təsərrüfatı sektorunda ixrac rekordu əldə edib

Bakı, AzerVoice

Türkiyənin kənd təsərrüfatı sektoru bu ilin yanvar-iyun dövründə 17,5 milyard dollarlıq ixracatla bütün zamanların ən yüksək nəticəsini əldə edib.

AzerVoice xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, Türkiyənin ixracatı ilin ilk yarısında əvvəlki ilin eyni dövrünə görə iki faiz artaraq 125,4 milyard dollara çatıb.

Bu dövrdə kənd təsərrüfatı sektoru 17,5 milyard dollarla ən yüksək ixracatını əldə edib. Xarici satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 % artarkən, bu sahədə fəaliyyət göstərən 10 sektordan 5-i ixrac rekordları qırıb.

Onu da qeyd edək ki, Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı geosiyasi risklərin və qlobal ərzaq təminatı problemlərinin hökm sürdüyü yanvar-iyun dövründə zirvəyə yüksəlib.

Türkiyənin taxıl, paxlalı bitkilər, yağlı bitkilər və onların məhsullarının ixracı üzrə 1,1 milyard dollarlıq rəqəmlə İraq birinci sırada gəlir.

Təzə meyvə-tərəvəz sektorunda 436,6 milyon dollarla Rusiya Federasiyası birinci yerdədir. Emal edilmiş meyvə-tərəvəz məhsulları üzrə isə ABŞ-a 208,8 milyon dollarlıq ixracat həyata keçirilib.

Quru meyvə və emal məhsullarında Almaniya 105,8 milyon dollarla birinci, su məhsulları və emal edilmiş heyvan mənşəli məhsullar sektorunda ən çox ixrac edilən ölkə isə 302,8 milyon dollarla İraq oldu.

Türkiyənin şəhərləri üzrə isə, İstanbuldan 1,7 milyard dollar dəyərində taxıl, paxlalı bitkilər, yağlı bitkilər və bunların emal məhsulları və 364,4 milyon dollar dəyərində meyvə-tərəvəz məhsulları, Mersindən 429 milyon dollarlıq təzə meyvə-tərəvəz məhsulları, İzmirdən 283,5 milyon dollar dəyərində quru meyvə və onun emal məhsulları, Muğladan 385,3 milyon dollar dəyərində su məhsulları və emal edilmiş heyvan mənşəli məhsullar ixrac edilib.

Türkiyə kənd təsərrüfatı sektorunda ixrac rekordu əldə edib
Məqalədə: #Türkiyə #kənd təsərrüfatı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.