4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik - Suriyanın energetika naziri

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm.

2 Avqust 2025 13:27
Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik - Suriyanın energetika naziri

BAKI,AzerVoice

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə – ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik.

AzerVoice-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı deyib.

O, əvvəlcə Suriyanın iqtisadi durumu ilə bağlı təəssüratlarını bölüşüb: "Suriya xalqı uzun illərdir ağır, acılı, iztirablı illər yaşadı. Bu illər həyatın ən sadə tələblərinin belə olmadığı, əsas xidmətlərin, xüsusilə də enerji xidmətlərinin tamamilə yoxa çıxdığı dövrlər idi. Suriya xalqı uzun illər qaranlıq və zülmət içində yaşadı, zavodlar dayandı, həyati obyektlər sıradan çıxdı, iqtisadi fəaliyyət iflic oldu, infrastruktur məqsədli şəkildə dağıdıldı.

Bu, xalqımızın səbir və ucalıqla yaşadığı, sözlə ifadə edilə bilməyəcək qədər çətin bir dövr idi. Amma keçmiş rejimin qaranlığı çəkildikcə, azadlıq şəfəqləri doğduqca, xalqımız dağıntılar altından qalxaraq yeni bir başlanğıca ümidlə baxmağa başladı və layiq olduğu ləyaqətli həyata qovuşmaq arzusu ilə yaşamağa başladı.

Biz ilk gündən rejimin dağıtdıqlarını bərpa etməyə qərarlı olduq və gecə-gündüz yorulmadan enerji istehsalı və ötürmə stansiyalarını, xüsusilə də elektrik, neft və qazın ötürülməsi sahələrini yenidən bərpa etməyə başladıq".

Nazir vurğulayıb ki, bu gün isə fəxrlə və qürurla Suriyanı Türkiyə ilə birləşdirən regional qaz boru kəmərinin açılışı qeyd edilir: "Bu xətt bizə gündəlik 6 milyon kubmetr qaz idxal etməyə imkan verəcək. Bu, dost və qardaş regional ölkələrlə əməkdaşlıq və koordinasiya çərçivəsində baş verir. İlk mərhələdə biz gündəlik 3,4 milyon kubmetr qaz idxal edəcəyik, bu qaz Azərbaycan vasitəsilə Türkiyədən gələcək, və bu da Qətər dövləti tərəfindən göstərilən səxavətli yardım çərçivəsində baş tutacaq. Bu qaz həcmi bizə, Allahın izni ilə təxminən 750 meqavatlıq enerji istehsalını artırmağa imkan verəcək. Bu isə elektrik təchizatının yaxşılaşdırılmasına və gündəlik əlavə 4 saatlıq elektrik verilməsinə səbəb olacaq.

Bu da öz növbəsində inkişafı sürətləndirəcək, sənayeni və iqtisadiyyatı canlandıracaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasına kömək edəcək.

Suriyanın bütün övladlarına bəyan edirəm ki, biz qarşıdakı günlərdə də əlavə qaz alışı üçün çalışacağıq, məqsədimiz istehsal gücünü artırmaq və təqdim olunan xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Bu da Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək".
"Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə – ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik. Bu ölkələr Suriya ilə çiyin-çiyinə dayanaraq, xüsusilə qarşıdakı dövrdə planlaşdırılan regional elektrik birləşmə xətti kimi layihələrdə iştirak edəcəklər. 400 kilovoltluq xətt layihəsi yaxın dövrdə icra ediləcək. Həmçinin elektrik enerjisinin Reyhanlıdan İdlibin şimalına –Harim bölgəsinə qədər çatdırılmasına dair yeni bir xətt də icra mərhələsindədir. Biz bu addımları ən qısa zamanda həyata keçirməyə çalışırıq", - Suriyalı nazir qeyd edib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Bakı #Ankara #Qətər #Suriya #Dəməşq #Suriya-Azərbaycan təbii qaz layihəsi #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.