6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi?

Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı.

4 Yanvar 2026 18:49
Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi?

BAKI,AzerVoice

Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı. Onun dövründə bir-iki il istisna olmaqla, demək olar ki, hər il müharibə aparılmışdı. Osmanlı ordusu bəzən ildə iki dəfə səfərə çıxırdı. Təkcə yay aylarında deyil, çox vaxt hərbi əməliyyatlar üçün əlverişsiz sayılan qış mövsümündə də yürüşlər təşkil edilirdi. Bu vəziyyət isə ilk növbədə yeniçəriləri bezdirmişdi. Cəbhədən cəbhəyə qaçmaqdan yorulan yeniçərilər Fatih Sultan Mehmeddən narazı idilər. Məhz bu səbəbdən, Fatihin ölümündən sonra onlar atasına bənzəyən Cem Sultanı deyil, daha mülayim xasiyyətli və müharibəyə o qədər də meylli olmayan II. Bəyazidi dəstəklədilər.

II. Bəyazid taxta çıxandan sonra atasının dövründə aparılan siyasətə qarşı bir reaksiya mərhələsi başlandı. Onun hakimiyyəti illərində Fatihin gördüyü bir çox işlərdən imtina edildi; yeni hökmdar taxta çıxar-çıxmaz, atasının dövründə dövlətləşdirilmiş torpaqları əvvəlki sahiblərinə geri qaytardı. Fatih dövründə aparılan devalvasiyalar nəticəsində zərər görmüş yeniçərilər II. Bəyaziddən hökmdarlığı boyunca bir dəfədən artıq pul buraxmamağı şərt kimi irəli sürdülər.

Bundan başqa, maraqlı bir vəziyyət də yaşanmışdı. Fatih dövründə böyük uğurlara baxmayaraq, müharibələrin və maliyyə siyasətinin yükü o qədər ağır olmuşdu ki, tarixçi Halil İnalcığın sözlərinə görə, Fatihin ölümündən sonra taxta çıxan II. Bəyazidə atasını deyil, babası II. Muradı örnək götürməsinin tövsiyə edildiyi bildirilir.

Məqalədə: #Osmanlı dövləti tarixi #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi? #Yeniçərilərin seçimi: Cem Sultan yox #niyə II Bəyazid? #Fatihdən sonra Osmanlıda reaksiya dövrü başladı #II Bəyazid taxta çıxandan sonra hansı islahatlar dayandırıldı? #Fatih dövrünün ağır mirası: müharibələr və maliyyə böhranı #Osmanlıda taxt dəyişikliyi: Fatihdən sonra hakimiyyət balansı #Yeniçərilərin narazılığı Osmanlı siyasətini necə dəyişdi? #Fatih Sultan Mehmedin ölümü #Osmanlıda taxt dəyişikliyi #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda baş verənlər #II Bəyazidin taxta çıxmasından sonra siyasət dəyişiklikləri #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda siyasi dönüş

Mövzu üzrə digər xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

08:39
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17
Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.