13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə öz döyüş gəmilərini istehsal edən on ölkə arasındadır - Ərdoğan

19 Yanvar 2024 17:52
Türkiyə öz döyüş gəmilərini istehsal edən on ölkə arasındadır - Ərdoğan

Bakı. AzerVoice:

Türkiyə öz döyüş gəmilərini istehsal edən on ölkə arasındadır.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni gəmi platformalarının Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi mərasimində çıxışı zamanı deyib.

"Təhvil verilən hər bir gəmi Dəniz Qüvvələrimizin gücünə daha da güc qatacaq. TCG Derya, TCG Anadolu-dan sonra ən böyük gəmidir. TCG Deryanın xidmətə başlaması ilə yüzdə birlik hissələrinin yanacaq və su təchizatı sürətlə tamamlanacaq, əməliyyat bölgəsinə yaxın bölgələrdə döyüş elementlərinin yanacaq tədarükü və su ehtiyacları asanlıqla ödəniləcək", - deyə o vurğulayıb.

Ərdoğan onu da bildirib ki, Türkiyə Pilotsuz Uçuş Aparatları və dronların istehsalında isə dünyada ilk üç-dörd ölkədən biridir.

"2023-cü ildə 185 ölkəyə 230 adda müdafiə sənayesi məhsulu satmaqla ümumi ixracat həcmi 5,5 milyard dollara çatıb. Həmçinin bu müddət ərzində 10 milyard 240 milyon dollar dəyərində yeni müqavilə imzalanıb. Ölkəmiz öz döyüş gəmisini dizayn və inşa edə bilən on ölkə arasındadır. Biz buna böyük dövlətlərin dəstəyi ilə deyil, qlobal təchizatçıların yaratdığı çətinliklərə, onların həyata keçirdikləri gizli və açıq embarqolara baxmayaraq nail olduq", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə Silahlı Qüvvələrinin ikinci ən böyük gəmisi TCG Derya inventara daxil edilib.

TCG Derya-nın xüsusiyyətləri:

Uzunluğu: 199,8 m
Eni: 24,4 metr
Yer tutumu: 26 min ton
Maksimum sürət: 24 düyün
Kruiz məsafəsi: 4 min 500 dəniz mili
Əsas Hərəkət Sistemi: 2 GE istehsalı LM-2500 qaz turbinli mühərriklər
Radar: ASELSAN MAR-D
Dənizdə qalma müddəti: 30 gün
Ekipaj: 326 nəfər
Hava Hücumundan Müdafiə: 2 ASELSAN 35mm Gökdeniz CIWS, 2 ASELSAN 25mm STOP
Helikopter: 1 Helikopter anqarda, 1 helikopter uçuş-enmə zolağında.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #TCG Anadolu #TCG Derya

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.