5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İraq ordusu Türkiyəyə məxsus PUA-nı vurduğunu etiraf edib

30 Avqust 2024 09:00
İraq ordusu Türkiyəyə məxsus PUA-nı vurduğunu etiraf edib

Bakı, AzerVoice

İraq ordusu cümə axşamı ölkənin şimalındakı Kərkük şəhərində Türkiyəyə məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, İraq rəsmiləri təyyarənin şimaldakı Kürd muxtariyyətinin ikinci şəhəri olan Süleymaniyyə istiqamətindən gəldiyini bildiriblər.

AFP-yə danışan və adının çəkilməsini istəməyən polis və ordu rəsmiləri dağıntıların şəhərin mərkəzindəki bir evə ziyan vurduğunu bildiriblər.

Birbaşa itkilər barədə məlumat verilməsə də, polis rəsmisi təyyarənin qəzaya uğramasından sonra yaxınlıqdakı tikinti sahəsində işləyən dülgərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Kərkük Hava Hücumundan Müdafiə Komandirinin müavini general Əbdüsselam Ramazan təyyarənin vurulduğu yerdə keçirdiyi mətbuat konfransında "İraq hava məkanına daxil olan türk pilotsuz uçuş aparatı vuruldu" deyib.

Ramazan bildirib ki, pilotsuz uçuş aparatı "şimaldakı Kürd muxtariyyətinin ikinci şəhəri olan Süleymaniyyə istiqamətindən gəlib".

Digər tərəfdən, vurulan pilotsuz uçuş aparatının Aksunqur tipli olduğu öyrənilib.

Etnik cəhətdən qarışıq struktura malik olan Kərkük və onun ətrafındakı neft yataqları muxtar bölgəyə daxil deyil və birbaşa Bağdaddakı federal hökumət tərəfindən idarə olunur.

Qeyd edək ki, Türkiyə PKK-ya qarşı ölkə hüdudlarından kənarda həyata keçirdiyi əməliyyatlar çərçivəsində son 25 ildə Şimali İraqda çoxsaylı hərbi bazalar yerləşdirib.

Onun əsgərləri mütəmadi olaraq PKK hədəflərinə qarşı əməliyyatlar aparır, lakin bu əməliyyatlarla bağlı açıqlamalar ancaq müəyyən dövrlərdə verilir.

Bağdad rəhbərliyi mart ayında səssiz-səmirsiz şəkildə PKK-nı “qadağan olunmuş təşkilat” kimi qeyri-qanuni elan etdi və bu ayın əvvəlində Ankara ilə birlikdə PKK-ya qarşı mübarizədə birgə təlim və komandanlıq mərkəzlərinin yaradılmasını nəzərdə tutan tarixi hərbi əməkdaşlıq müqaviləsi imzaladı.

Qeyd edək ki, 1984-cü ildən Türkiyə Respublikasına qarşı hücumlar həyata keçirən PKK Ankara və onun Qərb müttəfiqləri tərəfindən “terror təşkilatı” kimi qara siyahıya salınıb.

Lakin ABŞ PKK-nın Suriya qolu olan YPG qüvvələri ilə sözü gedən ölkədə birgə hərəkət edir.

İraq ordusu Türkiyəyə məxsus PUA-nı vurduğunu etiraf edib
Məqalədə: #Türkiyə #PKK #İraq #İHA

Mövzu üzrə digər xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

14:10
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.