5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ərdoğandan qlobal müharibə xəbərdarlığı

9 Aprel 2025 15:00
Ərdoğandan qlobal müharibə xəbərdarlığı

BAKI,AzerVoice

"Bütün dünyaya təsir edəcək şiddətli qasırğa gəlir".

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib. Ərdoğan qlobal iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib.

ABŞ-ın gömrük tariflərinə dair qərarından sonra beynəlxalq bazarlarda müşahidə olunan qeyri-sabitliyə toxunan Prezident, ticarət müharibələrinin dünya iqtisadiyyatına təsir edəcəyini vurğulayıb. “Tariflərlə başlayan proses artıq qasırğaya çevrilir, bu fırtına hər kəsə toxunacaq” – deyə, Ərdoğan bildirib.

Dövlət başçısı çıxışında İstanbulda aparılan korrupsiya və terror araşdırmaları fonunda müxalifətin manipulyasiya yaratmaq cəhdlərinə toxunub. O, müxalifəti “Escobar sistemi” qurmaqda və “oyunu səhnələşdirərək milləti aldatmaqda” ittiham edib.

Ərdoğan iqtisadi vəziyyətə də toxunaraq bildirib ki, ticarət, istehsal və ixrac sahəsində neqativ mənzərə gözlənilmir, Türkiyənin maliyyə sistemi isə sabit və güclü proqramla idarə olunur. O, inflyasiyanın tədricən azaldığını və xarici ticarət balansının müsbət istiqamətdə dəyişdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident Ərdoğan sabah DEM Partiyası nümayəndə heyətini qəbul edəcəyini açıqlayıb. Görüşdə Türkiyənin terrorla mübarizədə atacağı addımların müzakirə olunacağı gözlənilir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #terror aktı #Türkiyə Böyük Millət Məclisi #korrupsiya #Türkiyə iqtisadiyyatı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.