8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyənin ümumi neft istehsalı 135 min bareli aşıb - Ərdoğan

2 May 2025 16:26
Türkiyənin ümumi neft istehsalı 135 min bareli aşıb - Ərdoğan

BAKI,AzerVoice

Rəcəb Tayyib Ərdoğan Türkiyənin enerji sektorundakı nailiyyətlərini açıqlayaraq, Türkiyənin Şırnak vilayətinin şimal-şərqində yerləşən Qabar dağında gündəlik neft istehsalının 81 min bareli keçdiyini bildirib.

AzerVoice xəbər verir ki, Türkiyənin ümumi neft istehsalı isə 135 min bareli aşaraq tarixi zirvəyə çatıb.

“Müxalifətin hər seçkidə ‘neft tapdılar’ deyə lağ etdiyi Qabarda gündəlik istehsal 81 min bareli keçib. 3 mindən çox personal sahəni genişləndirmək üçün çalışır” – deyə o qeyd edib.

Türkiyə lideri həmçinin qeyd edib ki, xaricdəki neft yataqlarında isə 40 min barellik istehsal davam edir.

Ərdoğan 2026-cı ildə Sakarya qaz yatağında Faz 1 və Faz 2-də ümumilikdə 20 milyon kubmetr, 2028-ci ildə isə 40 milyon kubmetr istehsal hədəflədiklərini bildirib.

“Bu hədəfə çatdıqda məişət qaz ehtiyacını tamamilə öz mənbələrimizlə qarşılayacağıq” – deyə o əlavə edib.

Ərdoğan Türkiyənin Pakistan, İndoneziya və Malayziya ilə enerji sahəsində əlaqələri gücləndirdiyini, İngiltərə və Fransa mərkəzli iki böyük neft şirkəti ilə mayeləşdirilmiş təbii qaz tədarükü üçün müqavilələr bağlandığını açıqlayıb.

Türkmənistan təbii qazının İran üzərindən 1 martdan etibarən Türkiyəyə axışına başlanılıb və il sonuna qədər 1,3 milyard kubmetr qaz təmin ediləcək. Bu müqavilənin 5 il uzadılması hədəflənir. Avropa ölkələrinin enerji böhranını yüngülləşdirmək üçün də addımlar atılıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İran #neft #Qabar #Türkiyə neft tranziti #Türkmənistan təbii qazı #Sakarya qaz yatağı

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
15:37
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.