7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə hər zaman Azərbaycanın yanındadır - Fidan

21 May 2025 11:34
Türkiyə hər zaman Azərbaycanın yanındadır - Fidan

BAKI, AzerVoice

Hakan Fidan qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması bütün türk dünyasının ortaq prinsipinə çevrilib. O əlavə edib ki, TDT ölkələri bu məsələdə vahid mövqe sərgiləməkdə qərarlıdır.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısı çərçivəsində çıxış edərək bölgədəki əsas geosiyasi proseslərə dair mühüm açıqlamalar verib.

Fidan çıxışına Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayaraq başlayıb və qardaşlığın sarsılmaz olduğunu bir daha diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində diplomatik həllə doğru yeni bir mərhələyə keçid edilir. Fidan, İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən son görüşlərin bu istiqamətdə yeni dövrə pəncərə açdığını bildirib. “Gərgin diplomatik səylərimizin nəticəsi olaraq tərəflərin bir araya gəlməsi əhəmiyyətli başlanğıcdır. Ümid edirik ki, bu təşəbbüs atəşkəs və ədalətli sülhə yol açacaq”- deyə o bildirib.

Nazir çıxışı zamanı Fələstin məsələsinə də toxunub və Qəzzada mülki əhaliyə qarşı tətbiq edilən aclığın bir növ silaha çevrilməsini qəbuledilməz adlandırıb. O, İsrailin Qəzzada əməliyyatlarını genişləndirməsinin davamlı sülhə olan istəksizliyini bir daha göstərdiyini vurğulayıb. Fidan beynəlxalq ictimaiyyəti bu məsələdə daha qətiyyətli addımlar atmağa çağırıb və Türk Dövlətləri Təşkilatının da bu məsələdə ortaq mövqe sərgiləməsinin vacibliyini qeyd edib.

Nazir həmçinin Livan və Suriyaya yönəlik İsrail hücumlarının yaratdığı təhlükələrə toxunaraq, Suriyada sabitlik üçün tarixi fürsətin mövcud olduğunu qeyd edib. O bildirib ki, Türkiyənin diplomatik səyləri və bölgə ölkələri ilə koordinasiyası nəticəsində müəyyən irəliləyişlər əldə edilib və bu prosesdə Türk dövlətlərinin dəstəyinin önəmi böyükdür.

Fidan Əfqanıstandakı vəziyyəti də diqqətə çatdıraraq, türk mənşəli icmaların bu ölkədəki mövcudluğunun TDT ilə Əfqanıstan arasında mədəni və tarixi bağları gücləndirdiyini bildirib. O, təşkilat çərçivəsində yaradılan Əfqanıstan İşçi Qrupunun daha fəal fəaliyyət göstərməli olduğunu deyib.

Sonda, Fidan həm NATO, həm də Aİ çərçivəsində göstərilən diplomatik dəstəyə görə litvalı həmkarı Peterə də təşəkkür edib və İstanbulda baş tutan görüşlərin davamlı siyasi həll üçün real zəmin yaratmasını arzulayıb.

Məqalədə: #Türkiyə #Rusiya #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Türk Dövlətləri Təşkilatı (TDT) #Ukrayna #NATO #Aİ #Əfqanıstan #Suriya #Liviya #Rusiya-Ukrayna münaqişəsi #İstanbul üçlü görüş

Mövzu üzrə digər xəbərlər

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviya

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb

09:15
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.