7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

600 gün sonra: İsrail hələ də qələbə elan edə bilmir

Baş nazir Benyamin Netanyahu və onun hökumət üzvləri də daxil olmaqla israillilərin böyük əksəriyyəti bu müharibənin əvvəlcədən müəyyən edilmiş məqsədlərinə çatmadığını etiraf edir. Hazırda HƏMAS-ın əlində 58 israilli girov saxlanılır.

29 May 2025 18:00
600 gün sonra: İsrail hələ də qələbə elan edə bilmir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu ilə başlayan və sonradan bütün Qəzza xalqına yönələn genişmiqyaslı hərbi kampaniyanın üzərindən 600 gün keçməsinə baxmayaraq, İsrail hələ də qələbə elan edə bilmir.

Baş nazir Benyamin Netanyahu və onun hökumət üzvləri də daxil olmaqla israillilərin böyük əksəriyyəti bu müharibənin əvvəlcədən müəyyən edilmiş məqsədlərinə çatmadığını etiraf edir. Hazırda HƏMAS-ın əlində 58 israilli girov saxlanılır. HƏMAS hələ də Qəzzada fəaliyyət göstərir, qismən idarəetmə imkanlarına malikdir, əhəmiyyətli sayda silah ehtiyatı saxlayır və onlarla, bəzən yüzlərlə kilometr uzunluğunda tunel şəbəkəsinə nəzarət edir.

Ən önəmlisi isə odur ki, ABŞ özü belə HƏMAS-la danışıqlar aparan tərəf kimi çıxış edir.

Qələbə nə HƏMAS, nə də İsrail üçün keçərlidir

HƏMAS bu vəziyyəti qələbə kimi təqdim edə bilməz. Çünki:

  • Qəzza tamamilə dağıdılıb
  • Təxminən 150 min insan öldürülüb, 120 min nəfər fiziki, 2 milyon nəfər isə psixoloji travma alıb
  • HƏMAS hərbi və mülki liderlərinin böyük hissəsini və əsas resurslarını itirib

Lakin İsrail də özünü qalib saymaqdan uzaqdır. Özünü dünyanın ən güclü ölkələrindən biri kimi təqdim edən İsrail, 20 aya yaxın müddətdə HƏMAS kimi kiçik bir silahlı qruplaşmanı sona çatdıra bilməyib. İsrail müharibədə ABŞ və Qərb ölkələrinin ən müasir silahlarını, peyklər vasitəsilə müşahidə sistemlərini, süni intellekt texnologiyalarını və tam dəstəkli kəşfiyyat şəbəkəsini səfərbər etsə də, nəticə dəyişməyib.

İsrail bu müharibədə 1907 nəfəri itirib, onlardan 858-i hərbçidir, 10 mindən çox yaralı var. Təxminən 130 min israilli evlərini tərk etmək məcburiyyətində qalıb. Üstəlik, İsrail bu gün beynəlxalq təcrid və diplomatik tənqidlər dalğası ilə üz-üzədir.

Ordu həqiqətən döyüşürmü?

Netanyahu bu ilin aprel ayında “tam qələbə” vəd etmişdi və o zaman demişdi: “Biz qələbənin bir addımlığındayıq”. Lakin o, sonra ordu rəhbərliyini uğursuzluqda günahlandırdı və yeni Baş Qərargah rəisi Eyal Zamiri təyin etdi.

Zamir “hücum və təşəbbüs adamı” olduğunu bəyan edərək, müharibənin şiddətini artıracağını vəd etdi. Təxminən üç ay əvvəl təyin olunduqdan sonra atəşkəsi pozdu və müharibəni yenidən alovlandırdı. 450 min ehtiyat əsgəri səfərbər etdi və Qəzzaya 5 hərbi bölmə yeritdi.

Lakin generallar və analitiklər qeyd edirlər ki, İsrail ordusu Qəzzada klassik mənada döyüş aparmır. Ordu hava, dəniz və uzaq məsafədən quru hücumları həyata keçirir, toplu qətllər və uzaqdan zərbələrlə müharibəni davam etdirir. Bu səbəbdən israilli generallar bunu “müharibə xatirinə müharibə” adlandırırlar.

Qəzzada olan hərbçilərin özləri də bu müharibəni “faydasız və mənasız” adlandırırlar. Ekspertlərin əksəriyyəti hesab edir ki, əsl məqsəd Qəzzanı yaşanılmaz bir yerə çevirmək, fələstinliləri kütləvi miqrasiya etməyə məcbur etməkdir. Hətta “insani yardım” adı altında edilən yardımların məqsədi belə insanlara qida üçün yalvarmaq məcburiyyəti yaratmaq və əlacsızlığı dərinləşdirməkdir.

Bəs əgər köç planı uğurlu olarsa?

İsrailin Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş tədqiqatçısı, briqada generalı Udi Dikel bu müharibənin 600-cü günü münasibətilə yayımlanan podkastda deyir:

“Tutaq ki, biz Qəzzadan 1 milyon fələstinlini köçürməyə nail olduq və beynəlxalq təzyiqlərə tab gətirdik. Nəticədə nə olacaq?”

O, özü cavab verir:

“Biz Qəzza bataqlığında batacağıq, orada qalanları yedirtmək məcburiyyətində qalacağıq. Fələstinlilər bizi daha da çox nifrət edəcək və gizli silahlı hüceyrələrə çevriləcəklər. Haradan silah əldə edəcəklər? Bizdən – İsraildən. Onlar bu gün belə, təqib və dağılmış vəziyyətdə olsalar da, raket və partlayıcı qurğular istehsal edirlər.”

Siyasi rəhbərlik və strategiya böhranı

Məqalə nəticə olaraq vurğulayır ki, bu 600 günlük müharibə dövrü qanlı və dağıdıcı olsa da, əldə edilmiş nəticələr onun çəkdiyi böyük qiymətə dəymir. İsrailin siyasi rəhbərliyi qətiyyən uğurlu deyil və onların fələstinlilərin HƏMAS-a nifrətindən istifadə etmə ümidləri də boşa çıxır.

Bəli, bir çox fələstinli HƏMAS-a qarşı qəzəblidir, lakin İsrailə qarşı nifrətləri daha dərindir, çünki onu “əsl cinayətkar” kimi görürlər.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrailə qarşı boykotlar #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #İsrail və Hizbullah müharibəsi #İsrailə qarşı etirazlar #Trampın Qəzza planı #Türkiyə İsrail şirkətlərini boykot edir #İsrailə qarşı iqtisadi boykot #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail cinayətləri #İsrail hücumları #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #BMT və İsrail #ABŞ-İsrail ortaq strategiyası #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #7 Oktyabr HƏMAS hücumu #Netanyahu niyə 7 Oktyabr istintaqını qəbul etmir? #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Benyamin Netanyahunun Şabak qərarı #Benyamin Netanyahu HƏMAS siyasəti #Sisi Netanyahu əlaqələri #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Netanyahu yeni Yaxın Şərq planı #Netanyahu və Suriya danışıqları #Netanyahunun ərəb şüuru planı #Netanyahu HƏMAS açıqlaması #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.