4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suveyda atəşkəs prosesində irəliləyiş var - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və Suriya məsələsi ilə bağlı önəmli açıqlamalar verib.

21 İyul 2025 17:50
Suveyda atəşkəs prosesində irəliləyiş var - Ərdoğan

BAKI, AzerVoice

Suriyada sabitliyə qarşı çıxan əsas strateji təhlükə İsraildir.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və Suriya məsələsi ilə bağlı önəmli açıqlamalar verib.

Prezident Ərdoğan bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı zamanı onun müsbət yanaşma göstərdiyini müşahidə edib. Danışıqlarda qarşılıqlı gözləntilər müəyyənləşdirilib və Türkiyənin dəstək göstərəcəyi vəd edilib. Ərdoğan qeyd edib ki, xarici işlər naziri Hakan Fidan ABŞ-ın xüsusi nümayəndəsi və digər beynəlxalq tərəfdaşlarla mütəmadi təmasdadır. Eyni zamanda MİT rəhbəri İbrahim Kalın və müdafiə naziri Yaşar Gülər də bu prosesə fəal şəkildə cəlb olunub.

Ərdoğanın sözlərinə görə, Suveyda bölgəsindəki silahlı qüvvələrin hərəkətinə icazə verilməsi bölgədə nisbi sabitliyə səbəb olub. Lakin bölgədəki druz qruplarından biri İsraillə əlaqəli fəaliyyət göstərdiyi üçün təxribatların davam etdiyi bildirilir. Hazırda yalnız müəyyən ərazilərə nəzarət mümkündür və qarşıdurmalar ara-sıra davam edir.

Ərdoğan əlavə edib ki, hazırda Ammanda davam edən danışıqlarda demək olar ki, bütün tərəflər atəşkəsə razılıq verib. O, Suriyada konstruktiv atmosferin formalaşdığını qeyd edərək, İsrailin bu prosesləri pozmağa çalışdığını və bölgədəki sabitliyə qarşı çıxış etdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə rəhbərliyi son illərdə Suriya probleminin diplomatik yollarla həllinə önəm verir və regional aktorlarla fəal əməkdaşlıq edir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Hakan Fidan #Şimali Kİpr Türk Respublikası #Suriya #Suveyda Üsyanı #Türkiyə Suriya münasibətləri #Əhməd əş-Şəraa #İsrailin Süveyda müdaxiləsi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.