8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada insanlıq ölür - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.

22 İyul 2025 14:54
Qəzzada insanlıq ölür - Ərdoğan

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.

AzerVoice xəbər verir ki, Ərdoğan çıxışında bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bölgədə aclıq, səfalət və insanlıq dramı yaşanır.

“Qəzzada humanitar yardım girişlərinə icazə verilmədiyi üçün aclıqdan əziyyət çəkən uşaqların dərdi bizim dərdimizdir. Qəzzada insanlıq ölür”- deyə Ərdoğan bildirib.

Ərdoğan beynəlxalq ictimaiyyəti vahid mövqe nümayiş etdirməyə səsləyib.

“Bu vəhşiliyə qarşı birlikdə ‘Artıq yetər’ deməliyik. Əgər biri bu soyqırıma susursa, deməli, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərikdir. Mən bütün beynəlxalq ictimaiyyəti insanlıq cəbhəsində birləşməyə çağırıram”- deyə o vurğulayıb.

Türkiyə lideri diplomatik səylərin davam etdiyini də vurğulayıb və qeyd edib ki, İsrailin Suriyadakı təcavüzkar hərəkətləri də regionda sabitliyi təhdid edir. O, bölgədə sülh və rifah üçün müdafiə sənayesinin gücləndirilməsinin vacibliyini ifadə edib.

Qeyd edək ki, IDEF 2025 sərgisi 22–27 iyul tarixlərində İstanbulda keçirilir. Tədbir Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezidentliyə bağlı Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun rəhbərliyi ilə təşkil olunub. Sərgi dünyanın müxtəlif ölkələrindən dövlət və sənaye nümayəndələrinin iştirakı ilə keçirilir.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #İstanbul #Fələstin #İsrail ordusu #IDEX 2025 sərgisi #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.