7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Atəşkəsdən sonra Qəzzaya insani yardım yük maşınlarının gəlişi davam edir

Qəzzadaki Hökumətin Media Ofisindən verilən açıqlamada, 12 oktyabr bazar günü Qəzza zolağına daxil olan yardımlar barədə məlumat verilib. Atəşkəs razılaşmasının ilk günündə Qəzza zolağına sərhəd keçid məntəqələrindən humanitar yardım yüklü 173 yük maşınının çatdığı bildirilib. Bu yük maşınlarından 3-ü mətbəx qazı, 6-sı isə yanacaq yüklüdür. İsrailin soyqırımı çərçivəsində uzun müddət Qəzza zolağına girişin qarşısını aldığı əsas zəruri malların çatışmazlığına diqqət çəkilib.

13 Oktyabr 2025 13:49
Atəşkəsdən sonra Qəzzaya insani yardım yük maşınlarının gəlişi davam edir

BAKI, AzerVoice, Nailə Babazadə

Qəzzadaki Hökumətin Media Ofisindən verilən açıqlamada, 12 oktyabr bazar günü Qəzza zolağına daxil olan yardımlar barədə məlumat verilib.

AzerVoice xəbər verir ki, atəşkəs razılaşmasının ilk günündə Qəzza zolağına sərhəd keçid məntəqələrindən humanitar yardım yüklü 173 yük maşınının çatdığı bildirilib. Bu yük maşınlarından 3-ü mətbəx qazı, 6-sı isə yanacaq yüklüdür.

İsrailin soyqırımı çərçivəsində uzun müddət Qəzza zolağına girişin qarşısını aldığı əsas zəruri malların çatışmazlığına diqqət çəkilib.

“Qəzzaya çatdırılan yardımın miqdarı ehtiyaclara nisbətən olduqca azdır. Bu yardımlar 2,4 milyon əhalisi olan Qəzza zolağındakı əsas ehtiyacları minimum səviyyədə belə qarşılamır. Qəzzanın daha çox və fasiləsiz insani yardıma ehtiyacı var.” - deyə açıqlamada qeyd edilir.

Açıqlamada Qəzzanın təcili yanacaq, mətbəx qazı və ərzaq məhsullarına ehtiyacı olduğu vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzədə atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi.

Danışıqların aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib.

Razılaşmada nəzərdə tutulduğu kimi, İsrail ordusunun “sarı xətt”də geri çəkilməsindən sonra Qəzza zolağında atəşkəs həmin gün saat 12:00-da qüvvəyə minib.

İsrailin Qəzza zolağına 8 oktyabr 2023-dən atəşkəs razılaşmasına qədər keçən müddətdə təşkil etdiyi hücumlarda 67 min 682 nəfər həyatını itirib, 170 min 33 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Donald Tramp #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzza sakinlərinin köçü #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.