7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə vəliəhd şahzadəsinin 6 ildən sonra ABŞ-a ilk səfəri

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman 18 noyabr çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və regional böhranların idarə olunması kimi iki ölkə münasibətlərini əhatə edən əsas məsələləri müzakirə edəcəyi gözlənilir. Bin Salmanın səfəri, 2018-ci ildən sonra ABŞ-a edəcəyi ilk rəsmi ziyarət olması ilə diqqət çəkir.

17 Noyabr 2025 16:36
Səudiyyə vəliəhd şahzadəsinin 6 ildən sonra ABŞ-a ilk səfəri

BAKI, AzerVoice, Nailə Babazadə

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 18 noyabr çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və regional böhranların idarə olunması kimi iki ölkə münasibətlərini əhatə edən əsas məsələləri müzakirə edəcəyi gözlənilir.

AzerVoice xəbər verir ki, Bin Salmanın səfəri, 2018-ci ildən sonra ABŞ-a edəcəyi ilk rəsmi ziyarət olması ilə diqqət çəkir.

Görüşlərdə ABŞ–Səudiyyə münasibətlərinin gələcəyi, təhlükəsizlik əməkdaşlığı, silah tədarükləri, həmçinin Yaxın Şərqdəki son regional proseslərin ətraflı şəkildə dəyərləndirilməsi planlaşdırılır.

Şahzadə Məhəmməd bin Salman 2018-ci ildə ABŞ-a səfərini, həmin dövrdə vəliəhd olan Məhəmməd bin Nayifə yaxın iş adamları, rəsmilər və kral ailəsi üzvlərinə qarşı aparılan siyasi təmizləmə prosesinin davam etdiyi vaxt gerçəkləşdirmişdi. O dövrdə Vaşinqton bin Nayifi daha etibarlı tərəfdaş kimi görsə də, bin Salman Tramp administrasiyası ilə yaxın münasibətlər qurmuşdu. Bayden dövründə isə münasibətlər nisbətən soyuq formada davam edib.

Bu dəfəki ziyarətdə Səudiyyə Ərəbistanının prioritetləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq sahələrinin yaradılması ön sırada yer alır. Neftlə zəngin olan Riyad “Vizyon 2030” strateji proqramı çərçivəsində rəqəmsal infrastruktur və data mərkəzlərinə böyük sərmayə yatırır. Təkcə data mərkəzləri üçün ayrılan büdcənin 20 milyard dollar olduğu bildirilib.

Elektrikli nəqliyyat vasitələri, qabaqcıl istehsal texnologiyaları, süni intellekt və kosmik sənaye kimi yüksək məlumat tutumu tələb edən sahələrdə iki ölkə arasında ortaq layihələrin gündəmə gəlməsi gözlənilir.

Riyad eyni zamanda öz mülki nüvə proqramı üzərində işləri davam etdirir. May ayında ABŞ və Səudiyyə Ərəbistanının enerji nazirləri arasında nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalansa da, Tramp administrasiyasının bu məsələyə ehtiyatla yanaşdığı qeyd olunur. Nüvə silahına sahib olan İsrail də Səudiyyə Ərəbistanının ABŞ-la nüvə əməkdaşlığına qarşı çıxır.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Donald Tramp #Məhəmməd bin Salman #Səudiyyə xəbərləri #Səudiyyə 2030 Vizyonu #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #Trampın Yaxın Şərq siyasəti #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri #ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı #Donald Tramp Yaxın Şərq siyasəti #Tramp administrasiyası və Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.