7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir

Qətərin paytaxtı Dohada Dəniz Müdafiəsi üzrə Doha Beynəlxalq Sərgi və Konfransının (DIMDEX 2026) doqquzuncu buraxılışı öz işinə başlayıb. Qətər Milli Konqres Mərkəzində keçirilən DIMDEX 2026 çərçivəsində dünyanın aparıcı təhlükəsizlik və müdafiə şirkətləri bir araya gəlib. Sərgidə dəniz gəmiqayırması, dəniz quldurluğuna qarşı mübarizə, rabitə və qabaqcıl müdafiə texnologiyaları daxil olmaqla ən son innovativ sistemlər nümayiş etdirilir.

21 Yanvar 2026 04:00
Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir

BAKI, AzerVoice, Orxan Qədirzadə

Qətərin paytaxtı Dohada Dəniz Müdafiəsi üzrə Doha Beynəlxalq Sərgi və Konfransının (DIMDEX 2026) doqquzuncu buraxılışı öz işinə başlayıb.

AzerVoice xəbər verir ki, Qətər Milli Konqres Mərkəzində keçirilən DIMDEX 2026 çərçivəsində dünyanın aparıcı təhlükəsizlik və müdafiə şirkətləri bir araya gəlib. Sərgidə dəniz gəmiqayırması, dəniz quldurluğuna qarşı mübarizə, rabitə və qabaqcıl müdafiə texnologiyaları daxil olmaqla ən son innovativ sistemlər nümayiş etdirilir.

Tədbirdə Türkiyə, ABŞ, İtaliya, Almaniya, Böyük Britaniya, İspaniya və Fransa daxil olmaqla bir sıra ölkələr təmsil olunur. Sərginin ilk günü ərzində bir sıra müqavilələr, anlaşma memorandumları və strateji razılaşmaların imzalandığı bildirilib.

DIMDEX-in əsas tədbirlərindən biri Yaxın Şərq Dəniz Komandanları Konfransıdır (MENC). Konfrans çərçivəsində hərbi və hökumət rəsmiləri, eləcə də müdafiə sənayesinin nümayəndələri dəniz təhlükəsizliyi, müdafiə diplomatiyası və regional çağırışlar ətrafında müzakirələr aparırlar.

Sərgi regionda artan gərginlik fonunda keçirilir. Xatırladaq ki, ötən ilin iyununda İran ABŞ-ın nüvə obyektlərinə zərbələrinə cavab olaraq Qətərdə ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazaya raket hücumu həyata keçirmişdi. Həmin insident Körfəz ölkələrinin təhlükəsizliyi və strateji dəniz marşrutlarının həssaslığını bir daha gündəmə gətirmişdi.

Mütəxəssislər bildirirlər ki, ABŞ və İran arasında mümkün eskalasiya region ölkələrinə və beynəlxalq dəniz yollarına ciddi risklər yarada bilər.

Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir
Məqalədə: #Doha DIMDEX 2026 dəniz müdafiə sərgisinə ev sahibliyi edir #Qətərdə dəniz təhlükəsizliyi üzrə beynəlxalq sərgi başladı #DIMDEX 2026 regional gərginlik fonunda keçirilir #Dohada dəniz müdafiə texnologiyaları nümayiş olunur #Qətər paytaxtında beynəlxalq dəniz müdafiə tədbiri #Doha’da DIMDEX 2026 deniz savunma fuarı başladı #Katar’da deniz güvenliği sergisi bölgesel gerilim gölgesinde #DIMDEX 2026 savunma diplomasisini gündeme taşıdı #Doha deniz savunma teknolojilerine ev sahipliği yapıyor #Katar’da uluslararası deniz savunma buluşması #DIMDEX 2026’da stratejik anlaşmalar imzalanıyor

Mövzu üzrə digər xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəmən

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb

09:30
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.