6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyanın Süveyda əyalətində əsir mübadiləsi həyata keçirilib

Suriyanın cənubundakı Süveyda əyalətində Suriya hökuməti ilə Hikmət əl-Həcriyə bağlı qeyri-qanuni silahlı qruplaşmalar arasında əsir mübadiləsi baş tutub. Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə reallaşan proses çərçivəsində tərəflər saxlanılan şəxsləri qarşılıqlı olaraq sərbəst buraxıblar. Məlumata görə, mübadilə zamanı Suriya hökuməti 61 nəfəri azad edib. Bunun müqabilində isə İsrail tərəfindən dəstəklənən dürzi lider Hikmət əl-Həcriyə tabe olan qruplaşmalar əvvəllər girov götürdükləri 25 nəfəri təhvil veriblər. Azad edilən şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq məqsədilə mülki müdafiə qrupları Süveydanın şimalındakı Almutanah keçid məntəqəsində hazır vəziyyətdə gözləyiblər.

26 Fevral 2026 16:12
Suriyanın Süveyda əyalətində əsir mübadiləsi həyata keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Suriyanın cənubundakı Süveyda əyalətində Suriya hökuməti ilə Hikmət əl-Həcriyə bağlı qeyri-qanuni silahlı qruplaşmalar arasında əsir mübadiləsi baş tutub.

VOA xəbər verir ki, Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə reallaşan proses çərçivəsində tərəflər saxlanılan şəxsləri qarşılıqlı olaraq sərbəst buraxıblar.

Məlumata görə, mübadilə zamanı Suriya hökuməti 61 nəfəri azad edib. Bunun müqabilində isə İsrail tərəfindən dəstəklənən dürzi lider Hikmət əl-Həcriyə tabe olan qruplaşmalar əvvəllər girov götürdükləri 25 nəfəri təhvil veriblər. Azad edilən şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq məqsədilə mülki müdafiə qrupları Süveydanın şimalındakı Almutanah keçid məntəqəsində hazır vəziyyətdə gözləyiblər.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Süveydada bədəvi ərəb tayfaları ilə dürzi silahlı qrupları arasında baş verən şiddətli qarşıdurmalar zamanı çoxlu sayda insan həyatını itirmiş, onlarla şəxs girov götürülmüşdü. Münaqişə zonasına göndərilən Suriya təhlükəsizlik qüvvələrinə də dürzi qrupları tərəfindən hücumlar təşkil edilmiş və nəticədə onlarla hərbçi şəhid olmuşdu. Hazırkı əsir mübadiləsi bölgədə gərginliyin azaldılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.

Məqalədə: #Suriya #Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Müdafiə Nazirliyi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Suriyada terrorla mübarizə #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya inqilabı #Suveyda Üsyanı #Suveyda hadisələri #Süveyda

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.