9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Türkiyə Suriya üçün yeni ümiddir - Canbolat

Livandakı druz icmasının lideri və Mütərəqqi Sosialist Partiyasının keçmiş sədri Vəlid Canbolat, Türkiyənin Suriya xalqına göstərdiyi dəstəyi vurğulayaraq, Ankaraya son səfərinin məqsədinin Suriyanı qucaqlamaq və yeni rəhbərliyə dəstək vermək olduğunu bildirib.

8 Yanvar 2025 09:46
Türkiyə Suriya üçün yeni ümiddir - Canbolat

Bakı, AzerVoice

Livandakı druz icmasının lideri və Mütərəqqi Sosialist Partiyasının keçmiş sədri Vəlid Canbolat, Türkiyənin Suriya xalqına göstərdiyi dəstəyi vurğulayaraq, Ankaraya son səfərinin məqsədinin Suriyanı qucaqlamaq və yeni rəhbərliyə dəstək vermək olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Canbolat Livanın LBC televiziya kanalına müsahibəsində danışıb.

“Türkiyəyə səfərim Suriyanı və yeni rejimi dəstəkləmək məqsədi daşıyır. Biz Suriya və Əhməd Şara ilə ünsiyyət mexanizmini inkişaf etdiririk. Türkiyə bu prosesdə mühüm rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Suriya xalqını qucaqlayır və bu, bölgə üçün çox önəmlidir.” - deyə o vurğulayıb.

Dürzi lideri əlavə edib ki, bölgədə sabitliyin təmin edilməsi üçün İsrailin təsirini məhdudlaşdırmaq vacibdir.

Canbolat dekabrın 15-də keçmiş Suriya rəhbəri Bəşər Əsədin devrilməsi münasibətilə yeni rəhbər Əhməd Şaranı təbrik edib və dekabrın 22-də Şamda onunla görüş keçirib. Dekabrın 24-də isə Canbolat Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Kompleksində qəbul edilib.

Qeyd edək ki, Vəlid Canbolatın atası, Kamal Canbolat, Livandakı Tərəqqi Sosialist Partiyasının qurucusudur. O, 1977-ci ildə vətəndaş müharibəsi zamanı qətlə yetirilib. Canbolat atasının ölümündə Suriya rejimini ittiham edib və bu mövqeyini 2015-ci ildə BMT-nin Livan üzrə Beynəlxalq Xüsusi Tribunalında verdiyi ifadədə də təsdiqləyib.

2023-cü ildə partiya rəhbərliyindən istefa verən Canbolatın yerinə oğlu Teymur Canbolat keçib. Canbolat həm də Livandakı druz icmasının ən mühüm liderlərindən biri hesab olunur.

Məqalədə: #Türkiyə #Suriya #Vəlid Canbolat

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyə hesabına genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyə hesabına genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.