11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Dezinformasiyaya qarşı mübarizə ictimai asayişin tərkib hissəsidir - Yerlikaya

7 May 2025 13:05
Dezinformasiyaya qarşı mübarizə ictimai asayişin tərkib hissəsidir - Yerlikaya

BAKI, AzerVoice

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya rəqəmsal təhdidlərin ictimai asayiş və milli təhlükəsizliklə birbaşa əlaqəli olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Sintetik Media və İnformasiya Təhlükəsizliyi seminarında çıxışı zamanı kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə və media riskləri barədə əhəmiyyətli açıqlamalar verib.

Nazir qeyd edib ki, süni intellekt və medianın təqdim etdiyi imkanlar eyni zamanda manipulyasiya və saxta məlumatların yayılması riskini artırır. Dərin saxta videolar və səs yazıları dövlət və cəmiyyət üçün real təhlükəyə çevrilir. Yerlikaya, sosial mediada yayılan saxta xəbərlərin sürətlə yayılmasını vurğulayıb və texnologiyanın yanlış istifadəsinin həm fərdlərə, həm də dövlətlərə zərər verdiyini bildirib.

O, xüsusilə gənclərə çağırış edərək rəqəmsal savadlılığın vacibliyini vurğulayıb və hər mənbəyə tənqidi yanaşmağı tövsiyə edib. Yerlikaya Fələstinlə bağlı rəqəmsal senzura hallarına da toxunaraq sosial platformalarda tərəfsizliyin pozulmasını kəskin tənqid edib.

Nazir əlavə edib ki, təhlükəsizlik anlayışı dəyişib, müasir dövrdə təhlükələr sosial media lentlərində və telefon ekranlarında gizlənir. Kibercinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və informasiya təhlükəsizliyi Daxili İşlər Nazirliyinin prioritet sahələrindəndir.

Qeyd edək ki, Yerlikaya rəhbərlik etdiyi qurumun 2024-cü ilin ilk dörd ayında 27 mindən çox sosial media hesabına və 6 minə yaxın URL-ə girişin bloklandığını bildirib. O, dövlət, media və vətəndaşların birlikdə informasiya təhlükəsizliyinə töhfə verməsinin vacibliyini xüsusi vurğulayıb.

Məqalədə: #Türkiyə #Süni intellekt #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Kiberdələduzluq #kibertəhlükəsizlik #Kibertəhlükəsizlik əməkdaşlığı #Rəqəmsal təhlükəsizlik

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.