8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

Hazırda Yaxın Şərqdə hansı ölkələrdə neçə nəfər azərbaycanlının repatriasiyanı gözlədiyi maraq doğurur

22 İyul 2026 14:33
Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

BAKI,VOA

Suriyadan və digər Yaxın Şərq ölkələrindən Azərbaycan vətəndaşlarının repatriasiyası istiqamətində görülən işlər diqqət mərkəzindədir. Sonuncu dəfə Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib.

Hazırda Yaxın Şərqdə hansı ölkələrdə neçə nəfər azərbaycanlının repatriasiyanı gözlədiyi maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, xaricdə, xüsusilə Suriya və İraqda qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşən azərbaycanlıların sayı ciddi şəkildə şişirdilir:

“Hərbi münaqişələrə cəlb olunmaq, qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşmək, təbii ki, cinayətdir. Azərbaycan bu məsələdə hər zaman sərt mövqe sərgiləyir. Bununla belə, son onilliklərdə, xüsusilə Suriyada baş verən hadisələr zamanı bəzi vətəndaşlarımızın proseslərdə aktiv iştirak etdiyinin şahidi olmuşuq.

Həmin şəxslərə müəyyən vədlər verilir və onların münaqişələrə cəlb olunması üçün müxtəlif mexanizmlərdən istifadə edilir. Suriyada hərbi münaqişələrdə iştirak edən azərbaycanlıların və digər ölkə vətəndaşlarının yalnız qeyri-qanuni silahlı birləşmələrin, radikal dini qrupların və təkfirçi qruplaşmaların tərkibində döyüşdüyü barədə təsəvvür formalaşıb. Lakin bu, tamamilə belə deyil. Çünki eyni zamanda, İran xətti ilə bəzi azərbaycanlılar Bəşər Əsəd hakimiyyətini qorumaq məqsədilə yaradılmış “Fatimiyyun” qrupunun tərkibində də döyüşüblər. Yəni azərbaycanlılar münaqişənin hər iki tərəfində iştirak ediblər”.

R.Hafizoğlu qeyd edib ki, Suriya və İraqda hərbi münaqişələrdə iştirak edən azərbaycanlıların sayı ilə bağlı səsləndirilən rəqəmlər reallığı əks etdirmir:

“On minlərlə azərbaycanlının, hətta ailələrin həmin ərazilərdə olduğu bildirilir. Lakin bu, belə deyil. Suriya və İraqda baş verən münaqişələr araşdırıldıqda, keçmiş postsovet respublikaları arasında iştirakçıların sayının daha çox olduğu ölkələr sırasında Şimali Qafqaz və Qazaxıstanın öndə gəldiyi görünür.

Əvvəllər azərbaycanlıların Əfqanıstanda da qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirak etdikləri hallar olub. Hazırda isə dövlət müxtəlif kanallar vasitəsilə əsirlikdə olan azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində müəyyən işlər həyata keçirir”.

Siyasi şərhçinin sözlərinə görə, münaqişə zonalarından qaytarılan şəxslərin cəmiyyətə inteqrasiyası kifayət qədər mürəkkəb prosesdir:

“Bu şəxslərin cəmiyyətə inteqrasiyası çox çətin prosesdir. Hərbi münaqişələrdə iştirak edən, ailə başçısını itirən və sonradan yenidən ailə quran şəxslər var. Belə insanların cəmiyyətə adaptasiyası müəyyən çətinliklərlə müşayiət olunur.

Tam əminliklə demək olar ki, bu vətəndaşların ölkəyə gətirilməsi üçün dövlət tərəfindən xüsusi səylər göstərilir. Bu, Azərbaycanın xaricdəki vətəndaşlarının müdafiəsi və onların normal cəmiyyətə inteqrasiyası baxımından mühüm məsələdir”.

R.Hafizoğlu bildirib ki, hazırda repatriasiya istiqamətində əsas diqqət Suriya və İraqa yönəlib:

“Əvvəllər, Talibanın aktiv olduğu dövrdə Əfqanıstan cihadçı qruplar üçün prioritet ölkələrdən biri idi. Orada olanların bir qismi həlak olub, digərləri isə İraq və digər ölkələrə keçiblər. Bu gün Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir”.

Məqalədə: #Azərbaycan #Qazaxıstan #Rufiz Hafizoğlu #İraq #Əfqanıstan #Suriya #Yaxın Şərq #qeyri-qanuni silahlı birləşmələr

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.