5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Əhməd Davudoğlu önəmli fiqurdur amma...

Əhməd Davudoğlu akademik və dərin düşüncə sahibi kimi önəmli fiqurdur

1 Avqust 2026 13:14
Əhməd Davudoğlu önəmli fiqurdur amma...

BAKI,VOA

Türkiyənin sabiq Baş naziri və keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun 2019-cu ildə yaratdığı partiyanı ləğv etdiyini açıqlaması siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bir vaxtlar hakim Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından olan Davudoğlunun siyasi layihəsinin gözlənilən nəticəni verməməsi və bundan sonrakı fəaliyyətini elmi-siyasi analitik mərkəz üzərində quracağı ilə bağlı iddialar Türkiyə siyasətində yeni suallar doğurur.

VOA xəbər verir ki, məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Rufiz Hafizoğlu bildirib ki, istər Türkiyə, istərsə də hər hansı müsəlman ölkəsi Qərb mentalitetində deyil:

"Bizim özünəməxsus genetik kodumuz var. Bu kod istər siyasətdə, istər iqtisadiyyatda, istərsə də gündəlik həyatda öz təsirini göstərir. Bizim üçün rəhbərin xarizması, onun liderlik keyfiyyətləri çox vacibdir. Yəni dediyi sözlərdən daha çox, onun xarizması və arxasında dayanan güc önəm daşıyır. Əhməd Davudoğlunu şəxsən tanıyıram, dəfələrlə görüşmüşük. O, akademik olaraq olduqca mehriban, səmimi və dərin düşüncəyə malik insandır. Amma onun əsas problemi siyasi lider ola bilməməsidir. Daha doğrusu, siyasi xarizmasının kifayət qədər güclü olmamasıdır. Məlumdur ki, Əhməd Davudoğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında, onun Türkiyənin son Baş naziri olduğu dövrdə müəyyən fikir ayrılıqları və qalmaqallar yaşandı. Hətta bəzi dairələrin, xüsusilə də "Pelikan" qrupu kimi tanınan çevrələrin Davudoğlunu hədəf almasının şahidi olduq. Amma bu məsələlərin təfərrüatına girmək istəmirəm. Bu, siyasi prosesdir və düşünürəm ki, Türkiyə kimi ölkədə belə halların baş verməsi normaldır. Demirəm ki, doğrudur, sadəcə bunun siyasi sistem üçün adi hal olduğunu deyirəm. Normal olması ilə doğru olması fərqli anlayışlardır. Əslində, Əhməd Davudoğlu siyasətdən həmin vaxt çəkilsəydi, öz siyasi nüfuzunu və simasını daha yaxşı qoruya bilərdi. Onun ətrafında müəyyən çevrə var idi. Lakin ayrılıb yeni siyasi partiya yaratması hətta onu sevən insanlar arasında da müsbət qarşılanmadı. Məsələ məhz bundadır".

Politoloq qeyd edib ki, Əhməd Davudoğlu akademik və dərin düşüncə sahibi kimi önəmli fiqurdur:

"Amma siyasi baxımdan o qədər də güclü deyil. O, AK Partiyadan ayrıldıqdan sonra yeni partiya quraraq cəmiyyətdəki narazılığı öz ətrafında toplamağa çalışdı. Lakin bu, ona gözlənilən siyasi dəstəyi qazandıra bilmədi. Çünki burada cəmiyyətin psixologiyası da nəzərə alınmalıdır. Siz Ərdoğana inciyə, ondan ayrıla, hətta siyasi yolunuzu dəyişə bilərsiniz. Bu, şəxsi seçimdir. Amma milyonlarla insanın dəstəyini qazanmış bir liderə alternativ yarada bilmədinizsə, nəticə də ortadadır. Məsələ bundan ibarətdir. Düşünürəm ki, Əhməd Davudoğlunun AK Partiyadan ayrıldıqdan sonra atdığı ən doğru addımlardan biri məhz partiyasını bağlamasıdır. Amma bu qərarı əsaslandırarkən irəli sürdüyü bəzi tezislərlə razı deyiləm. Ölkədə siyasi mühitin olmadığını demək düzgün yanaşma deyil. Çünki siyasi partiya yaratmaq, seçkilərdə iştirak etmək üçün imkan var idi. Əgər seçicinin dəstəyini qazana bilməmisinizsə, deməli artıq siyasi mübarizədə uğur əldə etmək iqtidarında deyilsiniz. Yenə vurğulayıram, burada kimin haqlı, kimin haqsız olması məsələsini müzakirə etmirəm. Sadəcə reallıq budur ki, Əhməd Davudoğlu xarizma baxımından Rəcəb Tayyib Ərdoğanla müqayisə oluna bilməz. Bu, siyasi gerçəklikdir. Hətta AK Partiyadan ayrıldıqdan sonra onun siyasi nüfuzunun artacağına inanmaq da real görünmürdü. Bir acı reallığı da qeyd edim. Bu, təkcə Türkiyəyə deyil, ümumilikdə Şərq cəmiyyətlərinə xas problemdir. Gənc siyasi liderlərin olmaması ciddi məsələdir. Türkiyə siyasi səhnəsinə baxın, yaşı 40-dan aşağı olan aparıcı siyasi lider varmı? Faktiki olaraq yoxdur. Heç bir böyük siyasi partiyanın lideri yeni nəslin tələblərinə və çağırışlarına uyğun şəkildə çıxış edə bilmir".

Rufiz Hafizoğlu vurğulayıb ki, Əhməd Davudoğlunun akademik baxışları da bugünkü türk gəncinə – istər dindar, istər liberal, istər solçu, istər sağçı olsun – ciddi təsir göstərə bilmir:

"Ümumiyyətlə, bu gün Türkiyədə 30 yaşdan aşağı nəslə xitab edə bilən güclü siyasi lider yoxdur. Bu isə siyasi nəsillər arasında müəyyən uçurumun yarandığını göstərir. Buna görə də hesab edirəm ki, gələcəkdə hakimiyyətə gələcək istənilən yeni liderin də yaşı böyük ehtimalla 40-50-dən yuxarı olacaq. Bu isə cəmiyyətin gənc təbəqəsi ilə siyasi rəhbərlik arasında məsafənin qalacağını göstərir. Ola bilsin, bir qədər dərin yanaşdım, amma düşünürəm ki, reallıq məhz budur. Türkiyə siyasi səhnəsində bu gün gənc nəslə təsir edə biləcək yeni lider görmürük".

https://crossmedia.az/az/article/96958

Məqalədə: #Türkiyə #Rufiz Hafizoğlu #Əhməd Davudoğlu #Türkiyə siyasi xəbərləri #Əhməd Davudoğlu siyasətdən çəkilir

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.